beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan Ayınız Mübarək Olsun

On bir ayın sultanı olan Ramazan ayı münasibəti ilə "islamevi" kollektivini,ziyarətçilərimizi , dinləyicilərimizi və bütün xalqımızı təbrik edirəm.Uca Allah hər kəsin ibadətini,istəyini və dualarını qəbul etsin.
Ramazan ayı rəhmət, məğfirət, bərəkət və sevgi ayıdır.
Ramazan ayı on bir ayın sultanı, insanlığın qaranlıqdan aydınlığa və dəlalətdən hidayətə aparan Quranın endirildiyi aydır.
Ramazan ayı bərəkət və rəhmət, xətaların silindiyi və duaların qəbul olduğu aydır.

Rəsul (s.a.s.) belə buyurdu:“Ramazan ayı sizə bir bərəkət ayı olaraq gəlmişdir. Allahu Təala bu ayda sizi rəhmətinə bürüyər. Bu ayda rəhmət endirər, xətaları silər, duaları qəbul edər.Allahu Təala bu ayda xeyirdə yarışmağınıza baxar və mələkləri yanında sizinlə iftixar edər. Allaha üçün xeyir ortaya qoyun. Çünki, bədbəxt insan bu ayda Allahın rəhmətindən məhrum olan insandır. (Təbərani)
Ramazanayı cənnətin qapısıdır.
Peyğəmbərimiz(sav) buyurmuşdur:
“Ramazan ayı girəndə cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır. Şeytanlar zəncirə vururlur.” (Buxari, Müslim)
Uca Allahdan arzum odur ki,hamımıza bu ayda cənnəti nəsib etsin.
Bir daha mübarək ramazan ayı münasibəti ilə sizləri təbrik edirəm.


Tarix: 04.05.2013 / 17:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Ramazan