beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ey könül, yarı istə, candan keç"

Ey könül, yarı istə, candan keç,
Səri-kuyin gözət, cahandan keç.

Ya təmə` kəs həyat zövqündən,
Ya ləbi - lə`li - dilsitandan keç.

Mülki - təcriddir fərağət evi,
Tərki - mal eylə xanimandan keç.

Laməkan seyrinin əzimətin et,
Bu xərab olacaq məkandan keç.

E`tibar etmə mülki - dünyayə,
E`tibari - ülüvvi - şandan keç.

Əhli - dünyanın olmaz axirəti,
Gər bunu istər isən, ondan keç.

Məskənin bəzmgahi - vəhdətdir,
Ey Füzuli, bu xakdandan keç.
Məhəmməd Füzulu


Tarix: 30.03.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Qezeller