Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Hanı bir kimsə otursun, danışım dərdimdən " qəzəli

Hanı bir kimsə otursun, danışım dərdimdən,
Yaşıdım, düz bir ömürlük tanışım dərdimdən.

Bu beş-üç kəlmə söz ilə necə təsvir eləyim,
Göstərim mən nəsə bir şey, çalışım dərdimdən.

Danışır gözlərimin şəkli düşən pəncərələr,
Göz yaşımla sulanan tük balışım dərdimdən.

Arğacım, ilməm, ipim, kirgidim hətta dərddən,
Vurulub ömrdə hər bir naxışım dərdimdən.

Çox dərindir, dərin, əlbəttə, dərindən də dərin,
Odu bir dəm də açılmır qırışım dərdimdən.

Yandırır dərdim içimdən dözürəm sakitcə,
Danışır bircə bu məzlum baxışım dərdimdən.

Mənə axirdə qalan dərd olacaq, ey Yasin,
Hara getsəm də gərək bərk yapışım dərdimdən.


Tarix: 26.03.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Qezeller
loading...