Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yolun azmışlara eşqin çıraq olsun düzələr " qəzəli

Yolun azmışlara eşqin çıraq olsun düzələr,
İşimiz, şər daha bizdən uzaq olsun, düzələr.

Giley eylər bütün aləm dağınıq zülfündən,
Bölünüb can ona, ey gül, daraq olsun düzələr.

Əyilib eşqə düşəndən bəri qəddim yay tək,
Əyilən qəddimə dərdin dayaq olsun, düzələr.

Qalma bir zərrə nigaran, gülüm, əhvalımdan,
Düzələr, tək mənə səndən maraq olsun, düzələr.

Nə verir Yasinə, versin çəkəcək, əlbəttə,
Heç nə olmaz, yarının canı sağ olsun, düzələr.


Tarix: 26.03.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Qezeller
loading...