Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Rəna gözəlləri " qəzəli

Toplansa əgər bir yerə dünya gözəlləri,
Heyran qoyar hüsnündəki məna gözəlləri.

Söz qəddimi dik tutmağa göndərmiş İlahi,
Qamətləri şux, gözləri şəhla gözəlləri.

Vəsf etməyə acizdi qələm, söz, ömür, ilham,
Dilden tökülən bir belə misra gözəlləri.

Dünya yığıla tutmaram heç bir kəsə nisbət,
Rəna kimi yurdumdakı rəna gözəlləri.

Yasin, elə söz söylə bu Rəna da desin qoy
Əhsən sənə vəsf eylədin əla gözəlləri.

*Rəna adlı bir oxucumuzun xahişi ilə yazılıb


Tarix: 27.03.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Qezeller
loading...