Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Vəfa evində bu gün bir sevən ürək yaşıyır " qəzəli

Vəfa evində bu gün bir sevən ürək yaşıyır,
Öz aləmindədi can mənzilində tək yaşıyır.

Çəkib öz üstünə qəm yorğanın sızıldar hey,
Qılıb öz ağrısına dərd ilən kömək yaşıyır.

Üzaqdı xeyli o dünyanın işrət eyşindən,
Vurub bu mənzilə eşq ilə bər-bəzək yaşıyır.

Asıb divar boyu hər yerdə həsrətin şəklin,
Gümanların eləyib dəstə gül-çiçək yaşıyır.

Qan ağlayir evinin künclərində arzuları,
Bu quş qanadlı diləklər töküb lələk yaşıyır.

Ümid çıraqlarını yandırıb məhəbbətlə,
Xəyallarıyla kəsib gündə duz-çörək yaşıyır.

Ürək bu evdə əziyyət çəkir, fəqət, Yasin,
Verir ümidlə məhəbbət ürək-dirək yaşıyır.


Tarix: 27.03.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Qezeller
loading...