Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yetmədi bir nəfər adəm bizim imdadımıza " qəzəli

Yetmədi bir nəfər adəm bizim imdadımıza,
Dost-tanışdan da hələ yoxdu çatan dadımıza.

Darə düşdükcə biz Allahı çağırdıq köməyə,
Xoş keçən vaxt ömür düşmədi heç yadımıza.

Zərrəcən yox imiş insafı pəriçöhrələrin,
Bir əlac etmədilər bu dili-naşadımıza.

Bir kiçik danəni üstün tuturuq cənnətdən,
Naxələf çıxdıq əzəl gündən öz ustadımıza.

Yerli-yersiz o qədər boş yerə əfqan elədik,
İnanan yoxdu dəxi naləvü fəryadımıza.

Gərçi xilqətdə əzəldən bizə bəxş oldu şərəf,
Amma ömr eyləmədik layiq ola adımıza.

Saldıq öz könlümüzə daima sərvət dərdin,
Olmadıq, Yasina, sahib dili-bərbadımıza.


Tarix: 27.03.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Qezeller
loading...