Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Hər bülbülün öz gülşəni, gülzarı sağ olsun " qəzəli

Hər bülbülün öz gülşəni, gülzarı sağ olsun,
Hər aşiqin öz istədiyi yarı sağ olsun.

Dünya evi bir ülvi məhəbbətlə tikilmiş,
Dünya evinin ustası, memarı sağ olsun.

Aşiqdisə kim, dözməlidir cövrü cəfayə,
Hər aşiqin öz yari-cəfakarı sağ olsun.

Aşiq deyil öz əhdini yaddan çıxaranlar,
Aşiqlər ara pozmayan ilqarı sağ olsun.

Hicr ilə döyüşlərdədir eşq əhli həmişə
Məcnun kimi sərkərdəsi, sərdarı sağ olsun.

Min rəhmət ölən qövmünə hər kim ki, demişdi,
Yasin ölür-ölsün, təki dildarı sağ olsun.


Tarix: 27.03.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Qezeller
loading...