Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Qəşəngcə " qəzəli

Aşiq hanı mən tək ola dildarı qəşəngcə,
Həm hüsnü, həmi şiveyi-rəftarı qəşəngcə.

Güllər düzülər seyrinə gülzarə çıxanda,
Ağ, qırmızı, göy, mavi, yaşıl, sarı qəşəngcə.

Dinin dəyişər zahid əgər yarımı görsə,
Bağlar belinə rişteyi-zünnarı qəşəngcə.

Gördüm, dedin, ey dil, yenə dildarımı, söylə,
Seyr eyləyə bildinmi onu barı qəşəngcə?

Gülşəndə dünən söylədilər yarımı görcək,
Bülbül götürüb başına gülzarı qəşəngcə.

Şair hanı, siz ərz qılın, ey qələm əhli,
Yasin kimi olsun belə əşarı qəşəngcə.


Tarix: 27.03.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Qezeller
loading...