Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Dünya " qəzəli

Bəşərə qalmaqal verir dünya,*
Hər kəsə bir zaval verir dünya.

Oturub çox da gəl xəyal etmə,
Bu ömürdən kam al, verir dünya.

Dəymişin çox verəndə şad olma,
Vaxt olur həm də kal verir dünya.

Özünü dərk edəndə çox gec olur,
İnsana dar macal verir dünya.

Bir ömr keçdi neynədin, Yasin,
Di cavab ver sual verir dünya.


Tarix: 27.03.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Qezeller
loading...