Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Ey könül, etmə şurü qövğa hiç"

Ey könül, etmə şurü qövğa hiç!
Çəkmə bihudə rəncü qövğa hiç!

Bivəfa ömrə etibar etmə,
Olma aludə fikrə əsla hiç!

Xak olur aqibət fəqirü ğəni,
Hasili-malü mülki-dünya, hiç!

Arif ol, arif, olma zahidi-xüşk,
İxtiyar etmə zöhdü təqva hiç!

Mübtəla olma nəşeyi-bəngə,
Meyi-külfam, cami-mina, hiç!

Hümmət et, olginən yəqin əhli,
Küfrü din bəhsin etmə qəta, hiç!

Ey Nəbati, səninlə həqdir yar,
Qəm yemə aləm olsa əda hiç! Ardı »

Qezeller"Nə qədər kim, fələyin sabitü səyyarəsi var"

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən çərxi-bülənd
Oluban didə, sərapa sənə nəzzarəsi var.

Ruzigari qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahü-fəqan?
Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

Ol qızıldir ki, bu, Vazeh dedi, bir dərd əhli,
Zahirən lalə otağında qonaq-qarəsi var. Ardı »

Qezeller"Getdim"

Saqi insaf elə ver badəni batdım getdim,
Tərpədə ta məni cingiltisi, yatdım getdim.

Məni aludə edibdir bu xəta girdabı,
Saf gəlib aləmə, səd heyf ki, batdım getdim.

Demə meyxanəyə getmə, gedəcək imanın,
Mən gedəndə oraya imanımı atdım getdim.

Qaşların vəsfinə, ey xosrovi-xuban, sözdən
Taqi-Kəsra kimi bir möcüzə çatdım getdim.

Gəlməz idim bu fəna mülkünə, gəldim zahid,
Kimisə bəlkə cəhalətdən oyatdım getdim.

Keçmişəm çox belə aləmləri, bir gün bunu da,
Bir də gördüz ki, dəyər-dəyməzə satdım getdim.

Mahir ölsəm də qəmim yox, dolanıb boş-boşuna,
Sürmədim ömrü hədər, nəysə yaratdım getdim. Ardı »

Qezeller"Rəhm qıl, dəymə səba, zülfi-kəci-dildarə"

Rəhm qıl, dəymə səba, zülfi-kəci-dildarə,
Nə rəva kim, düşə vüsətdə ikən dil darə ?!

Eşq ruyində urub lafi - “ ənəlhəq ” guya,
Çəkilib zülfdə Mənsur kimi dil darə.

Qoyma kim, şanə dəgə zülfə, özün məhrəmsən,
Şərhə-şərhə ol onun tək, onu, ey dil, darə.

Hər xədənkin səfi-müjkandan əgər kəm bulsa,
Kimsəyə etmə güman zülfü ara, dildarə.

Asiya, çini-səri-zülfdə kim, oldu könül,
Zülməti-şəb tanımaq qüdrəti yox dildarə. Ardı »

Qezeller" Bağlandı dərdlərim kürəyimdən zireh kimi " qəzəli

Müzare'i-müsəmməni-əxrəbi-məkfuf-məhzuf
məf 'Ulu məfA'İlu məfA'İlu fA'ilün


Bağlandı dərdlərim kürəyimdən zireh kimi,
Fikrin başımdadır sərin, ahəstə meh kimi.

Qan-yaş gözümdə bərq vurur, ümmidin nuru
Düşdükcə hər dəm üstünə qövsi-qüzeh kimi.

Donmuş yanaqlarımda haçandandı göz yaşı,
Tər gül ləçəklərindəki bir damla şeh kimi.

Versən əgər ümid mənə bir damcı, bir qırıq,
Verrəm bu canı vəslinə can-başla beh kimi.

Eşq içrə Yasinin əzilib şah vüqarı ta,
Gərçi kənardən görünür müştəbeh kimi. Ardı »

Qezeller"Düz çıxmaz"

"Aşiq olma" dili-bimarə desəm, düz çıxmaz,
"Yanma" pərvanələrə "narə" desəm, düz çıxmaz.

Dərdimi mən necə izhar eləyim dosta-yada,
Dost əlac eyləməz, əğyarə desəm, düz çıxmaz.

Nə deyim onlara ki, zülfə salıblar mehri,
"Siz də mən tək çəkilün darə" desəm, düz çıxmaz.

Desələr yarə "yaraşmır ağ üzə qarə teli",
Demərəm mən ki, ağa qarə desəm, düz çıxmaz.

Yarə "məhparə" deyən var, demərəm mən əsla,
Bütöv aydır, ona məhparə desəm, düz çıxmaz.

Demə biganəyə "sev", düz deyil, ey dil, necə ki,
Kora "gör", yaxud "eşit" karə desəm, düz çıxmaz.

Gər vəfasızda vəfa eyləməmək adətdir,
"Düz çıxar əhd ilə ilqarə" desəm, düz çıxmaz.

Ürəyim Ardı »

Qezeller"Düşərsə"

Ol dilbəri-ziba yenə bir nazə düşərsə,
Tən etmə saçında könülüm azə düşərsə.

Bir az idi ki, düşdü bizə hüsni-xəyalı,
Hala nedəlim dünyada avazə düşərsə.

Dəm qıldı anun ləli-ləbinin dəmi-bərqi,
Bir dəm nola əndən dili-dəmsazə düşərsə.

Gözü könlün nöqtəsində çün duta gözün,
Məgər ki, xəta oxu olə, yazə düşərsə.

Pərgar ilə həq süni yərətmiş səni, şaha,
İşvən nə əcəb ola biəndazə düşərsə.
Qazi Bürhanəddin Ardı »

Qezeller"Nə vəhşi könlüm ol ahu nigəhdən qeyrə ram olmaz"

Nə vəhşi könlüm ol ahu nigəhdən qeyrə ram olmaz,
Nə onun hicrinin nöqsan olan ayı tamam olmaz.

Müradın can fəda qılmaqdı yetcək vəsli-cananə,
Əgər hasi ola eşq aləmində beylə kam olmaz.

Səfayi-vəslə yetdik, eyləyib çox səylər, ey dil,
Bəyan et birbəbir hicran ğəmin beylə məqam olmaz.

Vüsali-yarə yetdik, bir əyaq dut badə qıl hazır,
Dur, ey saqi, başınçın, beylə dəm hərkiz müdam olmaz.

Bu, bəzmi-vəsli-cənnət, saqisi qılmani-tubaqəd,
Məni mən etmə, zahid, mey behişt içrə həram olmaz.

Gözün mən etməgə mülki-rüxündən ləşkəri-xətti
Edib müjganların səf-səf ki, dəva binizam olmaz.

Gədalıq rəsmini tut kim, dəri-cananə getməkçin
Zühuri, nəng qılma, aşiq üçün nəngü nam Ardı »