beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Eyləmisən " qəzəli

Halımı gör neçə müddətdi xərab eyləmisən,
Yandırıb könlümü hicrində kəbab eyləmisən.

Mənə mey süz, dedim, ey saqi, dağılsın dərdim,
Gözümün yaşını bəsdir ki, şərab eyləmisən.

Bil ki, yerdən göyəcən razıyam, ey gül, səndən,
Zülm edib aşiqinə sən ki, səvab eyləmisən.

Yenə çox razı gəzir canan özündən, de görüm,
Nə deyibsən ona, ey dil, nə xitab eyləmisən?

Qəzəlimdən duyulur nisgili sənsizliyimin,
Dərdimi heç xəbərin varmı kitab eyləmisən?

Sənə əğyar ürəyin açdığını mən bilirəm,
Yaxşı, bir söylə görüm, sən nə cəvab eyləmisən.

Yasina, möcüzədir, ölməmisən indiyədək,
O gülün bir bu qədər zülmünə tab eyləmisən.


Tarix: 30.03.2013 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Qezeller