Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Qəmzən oxu könlümü etmiş hədəf " qəzəli

Qəmzən oxu könlümü etmiş hədəf,
Dərdinə canım olub, ey dürr, sədəf.

Gəl gözümün nuru, gəl ey sevgilim,
Eyləməyib ta məni dərdin tələf.

Cümleyi-aləm qalıb həsrət sənə,
Sən də dönüb bax, nə olar, biz tərəf.

Can sənə qurban eləmək eşqdə,
Aşiqinə bil ki, şərəfdir, şərəf.

Gər sinə, döz möhnətə, Yasin, çalış
Səbr ilə hər dərdi, qəmi eylə dəf.


Tarix: 27.03.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Qezeller
loading...