Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Elm öyrən, oxu, həqqi tut, ürfanı tut, ey gənc " qəzəli

Elm öyrən, oxu, həqqi tut, ürfanı tut, ey gənc,
Hər işdə çalış düzlüyü, səhmanı tut, ey gənc.

Var-dövləti, eyş-işrəti biryolluğa tərk et,
Nəfsindən əl üz, qeybəti bir yol unut, ey gənc.

Ver könlünü Allahə, odur sahibi-dünya,
Addımbaşı vardır buna milyon sübut, ey gənc.

Öz vaxtını daim keçir ariflər ilən xoş,
Qoy eyləməsin əqlü şüurun süqut, ey gənc.

Həq bildiyini söylə əgər varsa inamın,
Hərdən də gözəldir, bu məsəldir sükut, ey gənc.

Yasin kimi təmkinli dolan sən də həmişə,
Səbrinlə, çalış, hirsini daim soyut, ey gənc.


Tarix: 27.03.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Qezeller
loading...