Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bir sən yoxsan " qəzəli

Yığışıb dərdi-sərim başıma, bir sən yoxsan,
Dönüb həsrət yenə sirdaşıma, bir sən yoxsan.

Mənə səndən danışan hər şeyi, ey sevgili yar,
Çəkmişəm doğma tək ağuşuma, bir sən yoxsan.

Gözüm əşk ilə dolub hey gecə-gündüz boşalır,
Acıyan çoxdu bu göz yaşıma, bir sən yoxsan.

Sənlə hər bir görüşün tarixi bir hadisə tək
Yazılıb tarixi yaddaşıma, bir sən yoxsan.

Gül deyirdim sənə mən, indi gülüm, gül nəfəsin
Elə bil ki, hopub üst-başıma, bir sən yoxsan.

Bir zaman tərk eləyib aləmi, Yasin, gedərəm,
Yazılar onda da baş daşıma: “bir sən yoxsan”.


Tarix: 26.03.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Qezeller
loading...