beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bir biz qalmışıq, bir yarımız " qəzəli

Ey könül, həsrətdə bir biz qalmışıq, bir yarımız,
Guşeyi- möhnətdə bir biz qalmışıq, bir yarımız.

And içib, əhd eyləyib çoxdan sədaqət şahına,
Sidq ilə xidmətdə bir biz qalmışıq, bir yarımız.

Eşqdə çoxdur siyasətbaz, əgərçi, ey könül,
Saf, təmiz niyyətdə bir biz qalmışıq, bir yarımız.

Arzumuz şahənşəhi-eşqə qul olmaqdır müdam,
Böylə bir qayətdə bir biz qalmışıq, bir yarımız.

Tərk edib, Yasin, hamı çoxdan xərabat eyşini,
Xaneyi-hikmətdə bir biz qalmışıq, bir yarımız.


Tarix: 27.03.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Qezeller