beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Görəndən-görənə " qəzəli

Oluram məsti xumar yarı görəndən-görənə,
Gül düşür yadıma əttarı görəndən-görənə.

Yox olur dərd-ələmim, qüssə çıxır yadımdan,
Könlümün həmdəmi dildarı görəndən-görənə.

Çəkirəm əl daha cənnət deyilən sevdadən,
Baği-cənnət kimi rüxsarı görəndən-görənə.

Oyanır qış yuxusundan elə bil duyğularım,
Dönürəm bülbülə gülzarı görəndən-görənə.

Itirib əqlimi sanki düşürəm tilsiminə,
Bu təbiətdəki əsrarı görəndən-görənə.

Fırlanır başıma aləm, pozulur əhvalım,
Səri-kuyində kəc əğyarı görəndən-görənə.

Gəlir hər dəfə bu Yasin təzədən dünyayə,
Yox olur qəmləri qəmxarı görəndən-görənə.


Tarix: 27.03.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Qezeller