beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Kor olsun " qəzəli

Bir dəm bu gözüm özgəyə gər baxsa kor olsun,
Ondan sora könlümdə nə atəş, nə qor olsun.

Ah nalə çəkib ağlayım ömrüm boyu sənsiz,
Daim görünən gözlərimə qarə tor olsun.

Bir dəfə yalan mən sənə gər söyləmişəmsə,
Qoy gördüyüm ömrüm boyu zülm ilə zor olsun.

Etdimsə sənə bir kərə ömrümdə xəyanət,
Qismət mənə qoy vaxtsız ölüm, qarə gor olsun.

Əğyar axı bir şey yoğurub yapmadı, qoyma,
Sahib, gözəlim, könlünə bir müftəxor olsun.

Bir qeyrisinə könlümü versəm əgər, ey gül,
Qarğış eləyib Yasinə de, gorbagor olsun.


Tarix: 27.03.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Qezeller