beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Olmasın lütfü mənə kəm qadasın aldığımın " qəzəli

Olmasın lütfü mənə kəm qadasın aldığımın,
Qonmasın gül üzünə nəm qadasın aldığımın.

O mələkmənzərə tay yoxdu bu aləmdə, olur
Vurğunu hər görən adəm qadasın aldığımın.

Hüsnünün mən deyiləm tək belə heyranı olan,
Yığışır seyrinə aləm qadasın aldığımın.

Gülə daim gül üzü, görməyə ömründə gözü,
Zərrəcə qüssə, kədər, qəm qadasın aldığımın.

Nə ola işvəni bir Yasinə ünvan eləyə,
Çəkərəm nazını hər dəm qadasın aldığımın.


Tarix: 27.03.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Qezeller