beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərdrud döyüşü

Sərdrud döyüşü — 21 aprel 1408-ci il tarixində Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edti, Miranşah özü isə öldürüldü.

Əmir Teymurun Azərbaycana hakim təyin etdiyi Sultan Miranşah mirzənin oğlu Sultan Əbubəkr mirzə Təbrizə yaxınlaşanda şəhər əhalisi Sultan Əhməd Cəlayırə köməklik göstərmədi. Sultan Əhməd Cəlayır Bağdada qaçdı. Təbrizlilərin köməyinə yetişən Qara Yusif 1406-cı ilin payızında Şənbi Qazan yaxınlığında Sultan Əbubəkr mirzə ilə təkbətək döyüşdə onu yendi və Teymurlu ordularını darmadağın etdi. 1408-ci ildə Təbriz yaxınlığında, Acıçay (Sərdrud) sahilində oğlu Əbubəkrin qisasını almağa gələn Sultan Miranşah mirzənin ordusu da Qara Yusif tərəfindən 1408-ci ildə darmadağın edildi və Sultan Miranşah mirzə öldürüldü. Teymurluların Azərbaycanda hakimiyyətinə son qoyuldu.


Tarix: 05.02.2015 / 12:50 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Qaraqoyunlular