beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünik (sülalə) - Ermənistanda

Ermənistanda III Kiçik Xosrovun hakimiyyəti dövründə (330—338) Vaqinak Süni Ermənistanın Aldznik vilayətinin hakiminə qarşı yürüşdə iştirak etmiş və bu vilayəti idarə etmək hüququ almışdır. 330-cu ilin sonunda Sünik sülaləsindən olan Andovk Süni yüksək hərbi mövqe əldə edir. Ermənistan çarı Tiranın (338—350) hakimiyyəti dövründə Sünik sülaləsindən olan Pisak Süni hökmdar sarayında “senekapet” (hökmdarın şəxsi təhlükəsizliyindən cavabdeh məmur) vəzifəsinə təyin olunur.

II Arşak (350—368) Ermənistanda hakimiyyətə gəldikdə Vaqinak Sünini şərq ordularının rəhbəri Andovk Sünini isə Aldznik və Tiqranakert rəhbəri təyin edir. Qızı Pərəncəmi Ermənistan hökmdarı II Arşaka ərə verən Andovk Süninin siyasi imkanları daha da genişlənmişdi. Öz romapərəst mövqeyi ilə tanınan Andovkun rəhəbrliyi altında Tiqranakert hərbi dəstələri Parfiya hökmdarı II Şapura qarşı bir neçə dəfə uğurlu döyüş keçirmişdi. 367-ci ildə Ermənistan II Şapur tərəfindən tutulduqdan sonra isə Sünik sülaləsinin nümayəndələri hakimiyyətdən uzaqlaşdırıldı və əksəri öldürüldü. Yalnız on ildən sonra, Mamikonyanlar sülaləsindən Manvel Mamikonyan (377—387) Ermənistanda hakimiyyətə gəldikdə Sünik sülaləsinin hakimlik hüquqları bərpa edildi.

Manvel Mamikonyan Parfiyanın razılığı olmadan Andovk Süninin oğlu Babik Sünini Sünik vilayətinin hakimi təyin etdi. Ermənistan hökmdarı III Arşak (378—390) isə Babik Süninin qızı ilə evləndi, oğlu Dara Sünini isə sparapet vəzifəsinə təyin etdi. 387-ci ildə Ermənistanda hökmdar hakimiyyətinin ləğv olunması və ərazisinin Roma və Parfiya arasında bölünməsindən sonra Dara Süni III Arşakla birlikdə Roma imperiyası ərazisinə keçmiş və Xosrova qarşı aparılan müharibədə ölmüşdür.

Sünik sülaləsi Ermənistanın Sasani mərazbanlığına çevrilmiş ərazisində də mühüm rola malik olmuşdur. 441-ci ildə Sünik hakimi Vasak Süni bütün Erməni mərzbanlığının hakimi təyin olunmuşdur. Vasak Sünidən sonra hakimiyyətə gəlmiş Varazvan və Qdeon Sünilər Sasani sarayı ilə yaxınlaşma siyasəti yürütməyə başlamışdılar. Buna görə də, Qafqaz xalqlarının 480-481-cü illəri əhatə edən xalq üsyanı zamanı Qdeon Süni üsyançılar tərəfindən tutularaq edam edildi.

Orta əsrlərdə mərkəzləşdirilmiş Ermənistan dövlətinin bərpa edilməsi zamanı Sünik sülaləsi Baqratuni və Arsruni sülalələri ilə birgə bu prosesin ən aktiv iştirakçılarından olmuşdur. Sünik sülaləsi Baqratuni sülaləsindən olan I Aşotun hakimiyyətə gəlməsini dəstəkləmişdir.


Tarix: 02.02.2015 / 14:38 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Qafqaz Albaniyası