beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şair Əbdüləzim

Şair Əbdüləzim - şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu.

Həyatı
O, 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi.

Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır.

Əbdüləzim təhsil görməmişdir. Lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır.

1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır.

Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir.


Tarix: 07.02.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Qərbi Azərbaycan