beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Torpaqqala (Qəmərli)

Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Topraxqala kimi qeyd edilir.

Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd.

Əhalisi
Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 246 nəfər, 1886-cı ildə 268 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 415 nəfər, 1914-cu ildə 456 nəfər, 1916-cı ildə 372 nəfər, 1918-ci ilin yanvarında 415 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949-cu ildə azərbaycanlılar köçürülmüşdür. İndi ermənilər yaşayır.

Toponim Azərbaycan dilində "ölkə", "ərazi" mənasında işlənən torpaq sözü ilə qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 1.XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Xnaberd (Torpaqala) qoyulmuşdur.

Azərbaycanlılar erməni sadistlərinin təzyiqləri nəticəsində kəndi ötən ilin 40-cı illəridə tərk etməyə məcbur olmuşlar. Kəndin erməni əhalisi 1918-ci ildə İran və Türkiyədən gətirilmişlər. Kənddə 1931-ci ildə 22 nəfər erməni var idi.


Tarix: 06.02.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Qərbi Azərbaycan