beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aspergilles

Aspergilles – eyni adlı göbələklərlə törədilən xəstəlikdir, çox vaxt bronx – ağ ciyər sistemində lokallaşır.

Aspergillər – təbiətdə çox yayılmış saprofitlər olub, il boyu çıxan sporlardırlar. Böyük miqdarda aspergil sporlarının tənəffüs olunması xəstəliyə aparır, məsələn, kiflənmiş çürüyən otla, kompostla işləyərkən və s.. Patogenezdə endotoksinin allergiya və hemolitik təsirindən əlavə uzunmüddətli və xroniki xəstəliklərdə (vərəm, irinləmə, yeni əmələgəlmələr, sistemli qan xəstəlikləri, alkoqolizm və s.) və ya uzunmüddətli immunodepressiv preparatların qəbulunda orqanizmin reaktivliyinin azalması da böyük rol oynayır.

Simptomlar və gedişat

Bronxciyər aspergillesinin 4 forması var. Yüngül forma tez keçən kəskin traxebronxit kimi baş verir. Allergik bronxial aspergilles üçün tranzitor ağ ciyər infiltratları, iozinofiliya, qızdırma, bronxospazmalar xarakterikdirlər; bəlğəm mixək çalarlı ola bilər, bəzən bronxlardan bəlğəm toplusu qopur; gedişat uzunmüddətli təkrar olunan kəskinləşmələrlə və ağır bronxial astmanın inkişafı ilə ola bilər; bir sıra hallarda sağalma baş verir.

Aspergilloma (vərəm kavernində, absess boşluğunda, bronxoektazlarda, tədricən sorulan pnevmoniya, ağ ciyər infarktı hissələrində, şişlər nahiyəsində sərbəst yerləşən göbələk telləri toplusu) simptomsuz keçə bilər, lakin çox vaxt iysiz, bəlğəmli öskürək müşahidə olunur, qan qusma ola bilər, bədən çəkisinin azalması (kaxeksiyaya qədər), yüksək hərarət, sinə ağrısı, halın pisləşməsinin artması. Ağ ciyər aspergillesinin nekrotik forması güclü intoksikasiya və qızdırma ilə müşaiyət olunur.

Diaqnoz

Diaqnostikada rentgenoloji araşdırma məlumatlarından, bəlğəmin əkilməsi, seroloji üsullardan istifadə olunur.

Müalicə

Amfoterisin B effektlidir. Gündəlik doza (250 vd/kq) steril 5 %-li 450 ml qlyukoza məhlulu ilə damcılarla venadaxilinə 4-6 saat ərzində günaşırı və ya həftədə iki dəfə, 4-8 həftə ərzində yeridilir; 50000 vd amfoterisin B 10ml inyeksiya suyunda gündə 1-2 dəfə 10-14 gün ərzində vurulur. Preparatın göbələkəleyhinə təsiri rifampisinlə birlikdə qəbul edildikdə güclənir. Amfoterisin B toplanma xassəsinə malikdir, neyronefro- və hepatotoksikdir.


Tarix: 19.01.2015 / 13:22 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Pulmonologiya