beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Astmaya botoks müalicəsi

Bildiyimiz kimi bronxial astmanın düzgün müalicəsində əsas profilaktik tədbirlər, rasional nəfəsalma üsulu və individual hipoallergen pəhriz effektlidir.
Botoks tətbiqi də astma müalicəsinə yaxşı təsir göstərir.
Avstraliyalı həkimlərin tədqiqatlarına görə, üzdəki qırışların müalicəsində istifadə edilən botoks bəzi xəstələrdə astma problemlərini azaldıb. Əzələlərdə yaranan spazmlar səbəbi ilə nəfəs almaqda çətinlik çəkən bir çox xəstənin səs telləri inyeksiya sayəsində müalicə görüb. Həkimlər xüsusi ilə səs tellərini qoruyan əzələlərə inyeksiya tətbiq ediblər. Əzələləri qismən iflic edən botoksla xəstələrin rahatlaması və daha asan nəfəs almaları təmin edilib. Botoksun təsirinin 2 aydan çox sürdüyü bildirilir.
Araşdırmaya imza atanlardan Phillip Bard, qeyd edib ki, bəzi xəstələr bir neçə inyeksiyadan sonra astma şikayətlərindən xilas olublar.
Ancaq səs tellərinə botoksun əks təsirləri də ola bilər. Bəzi xəstələrin səslərini incəltdiyi deyilir.
Astma xəstəliyinə simptomatik müalicə də təsirlidir. Simptomatik preparatlar tənəffüs yollarını açmağa, spazmı və astmanı azaltmağa kömək edir.
Ümumiyyətlə astması olan xəstələrdə müalicə prosedurları gözlənilməli, otaq təmiz hava ilə təmin edilməlidir. İsti ayaq vannası da astma xəstələrinə yaxşı təsir göstərir.


Tarix: 19.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Pulmonologiya