beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarkodioz

Sarkodioz - sistemli xəstəlikdir, və bu halda orqanizmin toxumalarında qranulemlər əmələ gəlirlər Demək olar ki, bütün üzvlər zədələnirlər, əsasən limfa düyünləri, ağciyər, qaraciyər, öd kisəsi, nadir hallarda böyrəklər, dəri, gözlər, sümüklər və s. Çox vaxt tənəffüs üzvlərinin zədələnməsi müşahidə olunur.

Sarkodioz əsasən gənc və orta yaşlı adamlarda, bir qədər çox qadınlarda olur. Xəstəliyin səbəbi indiyədək naməlumdur.

Xəstəliyin gedişatını 3 mərhələyə ayırırlar. I mərhələ doş limfatik düyünlərin böyüməsi ilə xüsusiyyətlənir. II mərhələdə ağciyəırin orta və aşağı şöbələrində müxtəlif ölçülü ocaqlar əmələ gəlir. Təxminən xəstələrin üçdə birində I və II mərhələlərdə hissediləcək subyektiv pozulmalar olmur və xəstəlik rentgenoflüoroqrafik araşdırmalarda aşkar olunur. III mərhələdə birləşdirici toxumanın şaxələnməsi mühitində ağciyərdə iri, adətən bitişik fokuslar, həmçinin, ağciyər toxumasının hərəkətliliyinin azalması, çox vaxt boşluqlarla və plevral sıxılmalarla müşaiyət olunur.

Simptomlar və gedişat

Çox vaxt sarkodioz xəstənin halının kəskin pisləşməməsi ilə keçir; çox vaxt dalğavari gedişat olur. Zəiflik, sinədə ağrı, quru öskürək, iştahın düşməsi, bədən temperaturunun 37,0-37,5°С olması xəstəliyin yeganə simptomları ola bilərlər. Bəzən sarkodioz kəskin başlayır - yüksək bədən temperaturu, ətraflarda oynaqların şişməsi, əsasən topuğun dərisində naxışlı qızartıların olması, limfa düyünlərinin böyüməsi. Xəstəliyin III mərhələsində bu əlamətlər daha yüksək dərəcədə təzahür edirlər; tədricən təngnəfəslik artır. Xəstəliyin müddəti - bir neçə aydan bir çox illərə qədər uzanır.

Diaqnoz

Diaqnoz kliniki təsvir, rentgenoloji müayinə məlumatları, həmçinin, limfatik düyünlərin, dərinin, bronx və ağ ciyər toxumalarının selikli qişasının (burada sarkoid qranulemin xarakterik elementləri tapılır) histoloji və ya sitoloji araşdırmaları əsasında qoyulur.

Müalicə

Müalicə qeyrispesifik olaraq əsasən qlyukokortikoidlərin köməyi ilə aparılır. Spontan sağalmanın mümkünlüyünü nəzərə alaraq, əgər prosesin spontan involyusiyaya meylliliyi olmazsa, kortikosteroidləri adətən 3-5 aylıq müşahidədən sonra təyin edirlər. Ilkin mərhələdə tərəqqi, prosesin generalizasiyası, gözlərdə, böyrəklərdə, dəridə, ürək-damar və əsəb sistemində zədələnmələr olduqda hormonal terapiya təyin olunur. Əsasən 30-40 mq/gün dozada prednizolon, sonra tədricən 6-12 ay, bəzən daha çox, müddətində dozanı tədricən azaltmaqla təyin edirlər. Hormonoterapiyanın effektivliyi kifayət qədər və ya tətbiqi mümkün olmadıqda xinqamin (delagil) 0.25 q gündə 1-2 dəfə, vitamin E 300 mq/gün istifadə olunur.

Proqnoz

Əksər hallarda proqnoz xoşagələndir. III mərhələdə tədricən artan ağciyər – ürək çatışmazlığında ölümlə nəticələnmə mümkündür.


Tarix: 19.01.2015 / 13:19 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Pulmonologiya