beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəş bu xəstəliyin düşmənidir

Qidalanma problemləri olanlar pis mühitdə və günəş şüası görməyən məkanlarda yaşayırlarsa vərəm riski həmin şəxslərdə yüksək olur.
Tənəffüs yolu ilə bulaşan bu xəstəlik ölümə də səbəb ola bilər. Bu xəstəlik insanın immuniteti zəif olan zaman meydana gəlir. Gecə tərləmə, on beş gündən daha çox sürən öskürək, bəlğəm çıxarma, çəki itkisi və iştahsızlıq xəstəliyin ən əhəmiyyətli əlamətləri arasındadır. Bu cür əlamətləri olanlar, vaxt itirmədən sağlamlıq qurumuna müraciət etməlidirlər. Erkən diaqnoz və müalicə həyatı qurtara bilər.
Məlumatda oda bildirilir ki, vərəm diaqnozu qoyulan adam ən az 6 ay dərman istifadə etməlidir. Xəstəliyin müalicəsində dərmanların müntəzəm istifadə edilməsi əhəmiyyətlidir. Vərəmdə erkən diaqnoz və müalicə həm həyat qurtarıcıdır, həm də başqa insanlara yoluxmaması üçün çox əhəmiyyətlidir. Xəstə insanların kifayət qədər tədbir alması, xəstəliyin nəzarət altına alınmasında önəmlidir.
Xəstəlikdən günəşlənərək qorunmaq mümkündür. Evlərin havalandırılması, günəşləndirilməsi, vərəmin sevmədiyi mühitdir. Rütubətli, günəş görməyən pis şərtlərdə olan evlər xəstəlik baxımından çox böyük risk meydanına çevrilir. Çayxanalarda də eyni risk var. Xüsusilə qış mövsümündə soyuq səbəbiylə havalandırılmayan mühitlər xəstəliyin yayılmasına səbəb olur. Bu cür mühitlərdə uzun müddət qalmamaq və havalandırmaya diqqət göstərmək lazımdır.


Tarix: 19.01.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Pulmonologiya