Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vərəm bakteriyalarını dərhal müəyyən edən üsul tapılıb

Britaniya alimləri vərəm bakteriyalarını 1 saat ərzində aşkar edən həssas test metdokisı hazırlayıblar. Bu iş Sağlamlığın Mühafizəsi Agentliyi tərəfindən işlənib hazırlanıb.

Bu tibbi texnologiyanın müəllifləri, yeni üsul ilə bütün vərəm bakteriyalarının aşkar edildiyini vurğulayır.

Dünya Səhiyyə Təşkilatının təxnminlərinə əsasən, 2008-ci ildə dünyada vərəmdən 1,3 mln insan ölüb.

Təxmini hesablamalara görə, vərəm xəstəliyinə səbəb olan bakteriya yer kürəsində yaşayan insanların ücdə bir hissəsində mövcuddur və onlardan yalnız 5 faizində bu xəstəlik inkişaf edə bilər. Bununla belə, vərəmdən hər il milyonlarla adam tələf olur.

İnsanda vərəm bakteriyasının olub-olmadığını müəyyən etmək çox çətindir. Bunun üçün iki aya qədər vaxt tələb olunur. O vaxta qədər isə xəstəlik başqa adamlara keçə və habelə digər ölkələr və kontinentlərə yayıla bilər.

Britaniya alimlərinin içad etdiyi yeni sınaq fərddə vərəm bakteriyasının olub-olmadığını yoxlamağı xeyli sürətləndirməyə imkan verir. Yeni üsulun mahiyyəti ondan ibarətdir ki, o, xəstəliyin bütün viruslarına xas olan genetik kodu tuta bilər.

Yeni metod vərəm diagnozunu, potensial xəstə cavabı gözləyərkən qoymağa imkan yaradır.

Bu, yeganə yeni sınaq növü deyil. Kaliforniyada yerləşən bir kompaniya rəqib bir cihaz icad edib. Alimlərin iddia etdiyinə görə, bu avtomalaşdırılmış cihaz vərəm xəstəliyinin virusunu cəmi iki saat içində tuta bilir.

Bu yeni diaqnostika alətləri Qərbdə vərəm xəstəliyi hallarının artdığı bir vaxta ortaya çıxır. Burada, Britaniyada vərəm xəstəliyi ilə mübarizə aparmaq üçün xüsusi klinikalar yaradılıb, halbuki, belə xəstələrin sayı artsa da, yoluxma halları nisbətən aşağıdır - ötən il 9 min belə hal olub.

Dünyanın digər hissələrində isə, xüsusən də, fərdin bu xəstəliyə meylliyini artıran spid virusunun yayıldığı ölkələrdə, vərəm halları geniş yayılmış və ölümcül xəstəlik olaraq qalır.


Tarix: 19.01.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Pulmonologiya
loading...