beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ ciyərin infarktı

Ağ ciyərin infarktı – ağ ciyər arteriyası şaxələrinin trombozu və ya emboliyası ilə şərtlənən xəstəlikdir (əsasən uzun və daha kiçik kalibrli arteriyalarda olur). Hesab edirlər ki, ağ ciyər infarktı ağ ciyər arteriyaları tromboemboliyasının (ACATE) 10-25% hallarında rast gəlinir.

Xəstəliyin əsasında çox vaxt böyük qan dövranı venaları (aşağı ətrafların, kiçik çanağın, çanaqüstü, aşağı vena boşluğunun və s.), az hallarda isə ürəyin sağ boşluğunun patologiyaları dayanır. Periferik flebotrombozların inkişafına meylliliyi cərrahi əməliyyatları, doğuşdan sonrakı dövr, xroniki ürək çatışmazlığı, uzun boru sümüklərinin sınması, bədxassəli şişlər, uzunmüddətli immobilizasiya (o cümlədən, yataq rejimi) artırır.

Ağ ciyər damarlarının trombozuna qan cərəyanının durğunluğu və ağ ciyərə axmasının yavaşıması, stabil ağ ciyər hipertenziyası, ağ ciyər vaskuliti səbəb olur. Damarın obturasiyası ağ ciyər arteriyaları sistemində reflector spazmalarla müşaiət olunur ki, bu da kəskin ağ ciyər hipertoniyasına və ürəyin sağ şöbələrində gərginliyə gətirir. Diffuziyanın pozulması və arterial hipoksemiya baş verir, hansı ki, şuntlanma nəticəsində tam oksidlənməmiş qanın ağ ciyərdə arteriya-vena və sistemlər arası anastomozuna səbəb olur.

Ağ ciyər infarktı çox vaxt artıq baş vermiş vena durğunluğu halında olur, sistemlər arası anastomozlarla bronxial arteriyalardan ağ ciyər toxumalarına gələn qan, həmçinin ağ ciyər venalarından əks qan cərəyanı adətən hemorragik xarakter daşıyır. Ağ ciyərin infarktı ağ ciyər damarlarının obturasiyasından bir neçə gün sonra formalaşır; onun tam inkişafı isə yeddinci gün başa çatır. Bir sıra hallarda damarların emboliyası ağ ciyərin ocaqlı apopleksiyası formasında natamam infarktın inkişafına gətirir və bu ağ ciyər toxumasının bərpa olunmaz destruksiyası ilə müşaiət olunmur. Ağ ciyər infarktı perifokal pnevmoniyanın çox vaxt irinli inkişafına gətirir (bakterial, kandidoz); infarktın subplevral yerləşməsində fibrinoz və ya çox vaxt hemorragik plevrit baş verir.

Simptomlar və gedişat.

Simptomlar və gedişat obturasiya olunmuş damarların sayı, lokallaşması, kalibrləri, kompensator mexanizmlərin vəziyyəti, ağ ciyərin və ürəyin ilkin patologiyasından asılı olur. Ən çox rast gəlinən əlamətlər: qəfil yaranan təngnəfəslik və ya sinədə güclü ağrı; dərinin kül çalarlı ağ rəngdə olması, nadir hallarda sianoz; taxikardiya, ürək ritminin ekstrasistolik formada pozulmalarının mümkünlüyü, nadir hallarda titrək aritmiya; kollapsa qədər arterial hipotenziya; miokardın hipoksiya simptomları; serebral pozulmalar (psixomotor ehtizaz); beyin toxumalarında maye toplanması, qansızmalarla, polinevritlə bağlı beyində ocaqlı zədələnmələr; bədən temperaturunun yüksəlməsi; selikli və ya qanlı bəlğəmli öskürək; qanhayxırma; perkutor səsin azalması; zəif tənəffüs, plevra sürtünmələri küyü və məhdud sahədə xırda qabarcıqlı nəm xırıltılar; periferik flebotrombozlu birtərəfli ekssudativ plevrit, döş qəfəsində ağ ciyər plevrası ağrısı. Bəzən abdominal sindrom müşahidə olunur, sağ qabırğaaltında kəskin ağrılar, bağırsaq parezi, psevdomüsbət Şetkin, Ortner, Pasternatski simptomları, leykositoz, dayanmadan hıçqırma, qusma, disqrafiya, ishal (bu diafraqmal plevranın zədələnməsi ilə şərtlənən sindromdur) olur. Kəskin ağ ciyər hipertenziyasının və ürəyin sağ şöbələrinin gərginliyi (ürək vurmalarının güclənməsi, ürəyin sağ sərhədinin xaricə yaxınlaşması, solda ikinci qabırğalar arasında pulsun hiss olunması əlamətləri, ikincili tonda aksent və dağılmalar, ağ ciyər arteriyasında sistolik küy, sağ mədəcik çatışmazlığı əlamətləri) yalnız ağ ciyərin iri lülə obturasiyasında müşahidə olunurlar.

Tanınma

Yuxarıda göstərilmiş əlamətlərin müxtəlif kombinasiyaları, müxtəlif ifadə dərəcələri ola bilər ki, bəzən ACATE və ağ ciyər infarktının diaqnozunun qoyulmasını çətinləşdirir. Diaqnoz qoyulmasına ürəyin sağ şöbələrinin kəskin gərginlik əlamətlərinin eletrokardioqramda aşkarlanması kömək edir; rentgenoloji müayinələrdə diafraqmanın birtərəfli kəsiyi, ağ ciyər kökünün genişlənməsi, istənilən formada sıxılma ocaqları, ağ ciyərin sahəsinin bir hissəsinin qaralması (çox vaxt çümük-diafraqmal sinus nahiyəsində), kölgələrin asimmetrikliyi və subplevral yerləşməsi, çıxıntının konturlarının bilinməməsi müəyyən olunur. ACATE diaqnostikasında əsas rolu radioizotop skanerlənmə, selektiv angiopulmonoqrafiya oynayırlar. Proqnoz əsas xəstəlikdən, infarktın dərəcəsindən asılıdır.

Müalicə

ACATE – dən şübhələndikdə təcili olaraq heparin (15000-20000 vd), eufillin (10ml 2.4% məhlulu v/d) vurulur; təcili hospitallaşma göstərişdir. Diaqnozdan əmin olduqda fibrinolitik vasitələr (streptokinaz, fibrinolizin) heparinlə birlikdə tətbiq olunur. Heparinlə müalicəni 7-10 gün davam edirlər, sonra isə o dolayı antikoaqulyantlarla əvəz olunur. Bununla bərabər eufillin, reopoliqlyukin, antibiotiklərdən istifadə olunur.


Tarix: 19.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Pulmonologiya