beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öskürək

Öskürək – bu, tənəffüs yollarının keçirmə qabiliyyətin bərpa etməyə istiqamətlənmiş refleksdir. İnsan həyatında bu tez-tez baş verməsi ilə müstəsnalıq təşkil edir. Əsasən bu müdafiə reaksiyası tənəffüs yollarından tozu, yad hissəcikləri, bronxial ifrazatı çıxarmağa xidmət edir.

Öskürəyin səbəbləri coxdur. İlk növbədə, bu iyə, bitki tozcuqlarına (burada variantlar kifayət qədərdirlər) olan allergik reaksiyadır. Allergik öskürək artaraq bronxial astmaya çevrilə bilər, ona görə də allergeni müəyyən edərək ondan qaçmağa çalışmaq lazımdır.

Kəskin respirator infeksiyasında iltihab prosesinin harada baş verməsindən asılı olaraq ayırırlar:

•tonzillit - badamcıqlarda; •rinit, və ya zökəm – burun boşluğu selikli qişasında; •faringit – udlaqda, bu halda adam boğazda qıcıqlanma, gicişmə hiss edir; • laringit – qırtlaq nahiyəsində, səs xırıltılı, öskürərkən tutqun olur; •traxeit – nəfəs yolunda, bu halda öskürək sinəaltı ağrılarla müşayət olunur; •bronxit – bronxların iltihabı, bu halda öskürək quru, sonra müxtəlif kalibrli xırıltılı, nəm olur; •pnevmoniya – ağ ciyərin iltihabı.

Qeyd etmək lazımdır ki, hər hansı yad cismin tənəffüs yoluna düşməsi mümkündür, məsələn, oyuncaq hissələri və digər kiçik əşyalar. Əgər siz uşağın tənəffüs yoluna yad cismin düşməsindən şübhələnmişsinizsə təcili olaraq həkimə müraciyət edin.

Xarakterik tutmaya oxşar öskürək, uzunsürən, dərin nəfəslə göy öskürəyin simptomu ola bilər. Ona görə də əgər siz peyvəndin əleyhinəsinizsə, uşağınız bu xəstəliyə tutula bilər.

Xroniki öskürək irsi xəstəliyin – mukovissidozun əlaməti ola bilər. Bu naxoşluqda selik vəzlərinin, o cümlədən bronxların yenidən yaranması baş verir ki, bu da bronxların və ağ ciyərin xroniki iltihabına aparır.

Bəzən uzun çəkən öskürək hipertoniyanın müalicə ilə bağlı ola bilər. Düzdür, öskürəyin özünün yox, digər xəstəliyin, məsələn, hipertoniyanın. Məsələ burasındadır ki, bəzi dərman preparatlarının kənar təsirlərindən biri məhz öskürəkdir. Bu preparatlar ürək çatışmazlığı və digər xəstəliklərdə istifadə olunurlar. Belə dərmanların populyarlığı və tətbiq sahəsi artır, deməli, kənar təsirlərin ehtimalı da artır.

Öskürək dəhşətli xəstəliklərin, məsələn, ağ ciyər xərçəngi, vərəm, bakterial pnevmoniyanın simptomu ola bilər. Ona görə də, xüsusən də öskürək üç aydan çox çəkərsə, həkimə getməyi yubatmamaq lazımdır.

Öskürək yüksək hərarət, tər, çəki azalması, qatı, rəngsiz və ya rəngli qanlı bəlğəm, təngnəfəslik və ya üfqi vəziyyətdə uzana bilməmək, maye yığılması, xüsusən də onlar bədən çəkisinin artımına aparırlarsa, sinəaltı ağrılar, hədsiz yorğunluq, iştahın pozulması və ya daimi ürəkbulanma ilə müşaiyət olunduqda təcili olaraq həkimə müraciyət etmək lazımdır.

Əgər öskürək sizi o qədər də narahat etmirsə, lakin üç ay müddətində keçmirsə, həmçinin, həkimə müraciyət etmək və bu problemin mənbəyini tapmaq lazımdır.

Müalicə

Əgər öskürəyin baş verdiyinə əmin deyilsinizsə, heç kimə öskürək əleyhinə preparat (öskürək refleksini aradan götürən preparatlar) verməyin – bununla ciddi olaraq vəziyyəti pisləşdirə bilərsiniz. İlk öskürəklərdə antibiotiklərdən istifadəyə tələsməyin – çox güman ki, bu halda onlara heç lüzum da yoxdur. İstənilən halda həkim-pulmonoloqa müraciyət etmək lazımdır.

Ağ ciyər xəstəlikləri, ona görə təhlükəlidirlər ki, həkimlərin ifadəsincə desək, “daxilə girə” bilərlər, yuxarı tənəffüs yollarından başlayan iltihab bütün ağ ciyərə yayıla bilər, bu halı müalicə etmək çətindir və nəticələri ciddi ola bilər.


Tarix: 19.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Pulmonologiya