beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Plevrit

Plevrit – plevranın səthində fibrinoz təbəqə və ya onun boşluğunda maye əmələ gəlməsi ilə müşaiyət olunan iltihab xəstəliyidir. Həmişə ikincilidir, bor çox xəstəliklərin ağırlaşması və ya sindromudur, lakin müəyyən dövrdə kliniki şəkildə əsas xəstəliyi kölgələyərək ön plana keçə bilər.

İnfeksion təbiətli plevritlərin yaranması spesifik törədicilərin (vərəm mikobakteriyaları, ağ treponema) təsirsizliyi və qeyrispesifik (pnevmokokklar, stafilokokklar, bağısaq çöpü ,viruslar, göbələklər və s.) infeksiyalarla bağlıdır; törədicilər plevra boşluğu pozulmalarında plevraya təmas yolu ilə keçirlər, limfogen, hematogen yollarla. Çox vaxt plevritin inkişaf səbəbi birləşdirici toxumaların sistemli xəstəlikləri (revmatizm, sistemli qırmızı qurdeşənəyi və s.) olurlar; yeni əmələgəlmələr; tromboemboliya və ağ ciyər arteriyalarının trombozu. Plevritlərin çoxunun patogenezi allergikdir. Blastomoz plevritin inkişafında limfatik düyünlərin şişlərinin, limfatik və vena damarlarının yaxınlıqda olan üzvlərin şişlərinin böyüməsində - seroz örtüklərin destruksiyasında metastazlarla blokadaya alınması böyük əhəmiyyət kəsb edir.

Simptomlar və gedişat

Simptomlar və gedişat lokallaşma, yayılma, plevranın iltihabının xarakteri, qonşu üzvlərin funksional dəyişiklikləri ilə müəyyənləşirlər. Plevritin əsas formaları: quru və ya fibrinoz, mayeli və ya ekssudativ. Ekssudativ plevritləri, öz növbəsində, mayenin xüsusiyyətinə görə seroz, seroz-fibrinoz, irinli, hemorragik, sısqa və qarışıq nıvlərə ayırırlar. Mayenin xüsusiyyətini bilərək plevritin inkişaf səbəbini dəqiqləşdirmək və patogenetik terapiya seçmək olar. Məsələn, quru və seroz, seroz-fibrinoz plevritlərin səbəbi çox vaxt vərəm, pnevmoniya (parapnevmonik, metapnevmonik plevritlər), revmatizm və digər birləşdirici toxuma sistemli xəstəlikləri (revmatik, qurdeşənəyi və digər plevritlər) olurlar. Hemorragik plevritlər çox vaxt yeni əmələgəlmələrdə, tromboemboliya və ağ ciyər trombozlarında, hemorragik diatezlərdə, qripdə, nadir hallarda vərəmdə, revmatizmdə inkişaf edirlər. Mayenin lokallaşmasına görə parakostal, diafraqmal, paramediastinal, hissələrarası plevritləri fərqləndirirlər.

Quru və ya fibrinoz plevrit

Əsas simptom – böyürdə ağrı, nəfəs alarkən və öskürərkən artır. Ağrı hissləri zədələnmiş böyür üstündə uzandıqda azalırlar. Döş qəfəsinin uyğun tərəfində tənəffüsün hərəkətliliyinin məhdudlaşması hiss olunur; dəyişməyən perkussiya səslərində xəstədə zədələnmiş tərəfin zəifləməsi nəticəsində zəif tənəffüsə, plevraların sürtünməsi küyünə qulaq asmaq olar. Bədən temperaturu çox vaxt subfebrildir, üşütmə, gecə tərləmələri, zəiflik ola bilər. Diafraqmal quru plevritlərin diaqnostikası çətindir. Onlar üçün döş qəfəsində, qabırğa altında, aşağı qabırğalar nahiyəsində, qarında ağrı, hıçqırma, meteorizm, qarın əzələlərinin gərilməsi xarakterikdir.

Tənəffüs yalnız döş qəfəsinin yuxarı hissəsinin iştirakı ilə olur, dərindən nəfəs aldıqda döş qəfəsinin aşağı hissəsində ağrılar olur. Ağrılı nöqtələr müəyyənləşdirilir: döş-körpücük sümüyü-məməyəoxşar əzələlərin vətərləri arasında, döş sümüyü ətrafında ilkin qabırğalar arasında, diafraqmanın qabırğalara birləşdiyi yerlərdə, ilk boyun fəqərələrinin qılçıqlı çıxıntılarında.

Diafraqmal plevritlərin tanınmasında rengenoloji araşdırmaların köməyi ilə diafraqmanın dolayı funksional pozulmaları simptomları müəyyən olunur: onun yüksək duruşu, xəstəlik olan tərəfdə hərəkətliliyinin məhdudlaşması (Vilyams simptomu). Gedişat yaxşılığa doğrudur, xəstəlik 10-14 gün çəkir, lakin quru plevritin bir neçə həftə ərzində residiv halına keçməsi və sonradan sağalması mümkündür.

Mayeli və ya ekssudativ plevrit. Plevral ekssudasiyanın başlanğıcında böyürdə ağrı, döş qəfəsinin zədələnmiş tərəfində tənəffüsün hərəkətliliyinin məhdudlaşması, plevraların sürtünmələri küyü olur. Çox vaxt quru reflektiv təbiətli əzabverici öskürək yaranır. Maye yığıldıqca böyürdə ağrılar yox olurlar, ağırlıq hissiyatı, artan təngnəfəslik, azacıq göyərmə, zədələnmiş tərəfin azacıq şişməsi, qabırğalar arası məsamələrin hamarlanması baş verir.

Perkussiyada ekssudat olan yerdə küt səslər eşidilir; səsin titrəməsi və zəif bronxofoniya, nəfəs alınmır və ya xeyli zəifdir; perkutor səsdə təbil çalarları, küy olur, tənəffüsdə bronxial çalarlar və kiçik qovucuqlu xırıltılar olur. Perkussiya və rentgenoloji araşdırmalarla mayenin xarakterik yuxarı sərhədlərini müəyyənləşdirmək olar. Böyük maye toplusu plevranın zədələnmiş hissəsinin sağlam tərəfə sürüşməsini və nəfəs vermə funksiyasının tənəffüsün mexaniki pozulması nəticəsində xeyli pozulmasını törədir: nəfəsalmanın dərinliyi azalır, o tezləşir; funksional diaqnostika üsulları ilə nəfəsvermənin göstəricilərinin azalması (ağ ciyərlərin həyati həcmi, ventilyasiya ehtiyatı və s.). Ürək-damar sistemində pozulmalar yaranır: ürəyin zərb və dəqiqə həcminin ventilyasiya pozulmalarından mərkəzi venalara qan sorulmasının azalması nəticəsində aşağı düşməsi, ürəyin və iri damarların böyük plevral mayelərdə sürüşməsi; kompensator taxikardiyası inkişaf edir, arterial təzyiq aşağı düşməyə meylli olur.

Ekssudativ plevritlər üçün, (xüsusən də infeksiya təbiətli) plevral ekssudasiyanın lap başlanğıcından febril bədən temperaturu, ifadəli intoksikasiya simptomları, neytrofil leykositoz, SOE-nin yüksəlməsi xarakterikdir. Plevral ekssudatın nisbi sıxlığı 1016-1018-dən yüksək, hüceyrə elementləri bol olur, Rivalt reaksiyası müsbətdir. Plevritin şiş etiologiyasını ayırd etmək üçün ekssudatın sitoloji araşdırmasını aparırlar. Gedişat plevritin etiologiyasından asılıdır. İnfeksion-allergik plevritlərdə, o cümlədən vərəmli, ekssudat 2-4 həftəyə sorula bilər. Plevral boşluqda bitişmə prosesində, plevral boşluğun və hissələrarası aralıqların tutulması, massiv təbəqələrin əmələ gəlməsi, inkişaflı nəticə ola bilər, plevropnevmosirroz və tənəffüs çatışmazlığı formalaşmaqla plevra nazilə bilər. İrinli plevrit haqqında oxu. Plevranın empieması.

Müalicə

Kompleks müalicəyə əsas xəstəliyə aktiv təsir və qabaqcadan plevritin güclü müalicəsi aiddirlər, mayeli plevritin müalicəsi stasionarda aparılır. Müalicə aşağıdakı komponentlərdən ibarətdir.

1.Antibakterial terapiya infeksiya-allergik plevritlərdə və məqsədyönlü kimya terapiyası digər etiologiyalı plevritlərdə (məsələn, şişli) aparılır; antibiotikləri və kimyəvi preparatları parenteral şəkildə daxil edirlər, göstəriş olarsa birbaşa plevradaxilinə vurulur.
2.Plevral boşluğun müalicəsini ekssudatın evakuasiyası yolu ilə, lazım gələrsə antiseptik məhlullarla yumaqla aparırlar. Təcili evakuasiyaya göstərişlər: ürəyin və iri damarların sağlam tərəfə sürüşməsi və ürəyin ifadəli funksional pozulması halında, ağ ciyərin kollapsı (ağır təngnəfəslik, sianoz, sürəkli kiçik puls, arterial hipotenziya). Təcili olmayan göstərişlər: durğun, uzunmüddətli plevrit gedişatı, ekssudatın sorulma tendensiyasının olmaması.
3.Desensibilləşdirici və iltihabəleyhinə vasitələrin təyin edilməsi (natrium salisilat və salisil turşusunun digər preparatları, butadion və ya fenilbutazon, amidopirin, kalsi xlorid). Vərəm və revmatik etiologiyalı plevritlərdə 15-20mq gündəlik dozada prednizalonun tətbiqi effektlidir.
4.Orqanizmin müdafiə-immunobioloji reaksiyasına yönəlmiş vasitələrin istifadə olunması: individual rejim (kəskin halda yataq rejimi), rasional vitaminləşmiş kifayət qədər zülallı (1.5-2 q/kq) diet, məhdud su və xörək duzu, askorbin turşusunun parenteral, b qrupu vitaminlərinin, plazma əvəzedici məhlullarda venadaxili damcılı vurulması, individual dozalanmış müalicəvi bədən tərbiyəsi, oksigen terapiyası, plevritin yenməsi dövründə - fiziki müalicə üsulları.
5.Simptomatik terapiya – qızışdırıcı kompreslər, xardallar, döş qəfəsinin xəstə tərəfinin sıx bintlə immobilizasiyası (ağrılarda), kodein, öskürəkdə etilmorfin hidroxlorid; qan dövranı çatışmazlığında kardiotonik vasitələr. Sonralar xəstələr 2-3 il ərzində dispanser nəzarəti altında olmalıdırlar. Sənətlə bağlı ziyanlardan uzaq olmaq, bol vitaminli yüksək kalorili qida qəbul etmək lazımdır.


Tarix: 19.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 228 Bölmə: Pulmonologiya