beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bronxit üçün yuxu rejimi önəmlidir

Bronxit, insanlarda həddindən artıq yorğunluğa səbəb ola bilər. Bu xəstəlik nə qədər pis səviyədədirsə o qədər insan özünü yorğun hiss edir.
Çünki, belə vəziyyətdə bədən hüceyrələrə oksigen paylamaq üçün daha çox işləmək məcburiyyətində qalır. Bunun üçün keyfiyyətli yuxu ən yaxşı dərman olaraq qəbul edilir.
Yatmaq qədim dövrlərdən bəri xəstəliklərdən xilas olmaq üçün sınanılan üsullardan biri olub. İndiki vaxta da müalicədə geniş istifadə edilir.
Saysız-hesabsız elmi araşdırmalarda sübut edilmişdir ki, bədənin xəstəlikləri yaxud ciddi bir yaranı öz-özünə sağaltmasında yuxu əsas prosedurlardan biridir.
Bronxit əlamətlərini azaltmaq üçün daha çox yataq və ya divanda uzanmaq lazımdır. Mütəxəssislər xəstəliyin müalicəsi zamanı bütün prosedurlara əməl etməyi vacib sayır.
Bronxit xəstəliyi hər zaman bir həkim tərəfindən baxılmalıdır. Xüsusilə uşaqlar, yaşlılar hamilə qadınlar və immunitet sistemi zəif olanlarda bronxit mütləq bir həkim nəzarətində müalicə edilməlidir. Ev müalicəsi, tibbi müalicəyə dəstək olaraq və əlamətlərin yüngülləşməsini təmin etmək məqsədi ilə tətbiq olunması məsləhət görülür. Həkimlərin fikrincə bu xəstələr sağalanadək işlərdən uzaq olmalıdır. Qızdırma hallarında yataq müalicəsi almaq xəstəliyin ağırlaşmasının qarşısını alır.
Qızdırma düşdüyü zaman, bir az istirahət etmək və ya qalxıb gəzmək lazımdır.


Tarix: 19.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Pulmonologiya