Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

PulmonologiyaTənəffüs çatışmazlığı

Tənəffüs çatışmazlığı – patoloji haldır, fiziki iş zamanı və ya hətta sakitlikdə ağ ciyərin tənəffüs mübadiləsini tam təmin etmə qabiliyyətinin (havada olan oksigenin udulması və karbon qazının çıxarılması) olmamasıdır.

Yaranma səbəbi istənilən ağır və ya uzunmüddətli gedişatlı ağ ciyər xəstəliyi ola bilər. Kəskin tənəffüs çatışmazlığını, kəskin xəstəliyin ağır gedişatında yaranan (ağır pnevmoniya, bronxiolit, bronxial astmanın ağır tutması, döş qəfəsinin zədələnməsi və s.) və ağ ciyərin uzunmüddətli (xroniki) gedişatında yaranan (xroniki bronxit, bronxial astma, ağ ciyər vərəmi , silikoz, və digər “tozlu” ağ ciyər zədələnmələri, döş qəfəsinin deformasiyası və bir çox digər xəstəliklər) xroniki tənəffüs çatışmazlığı xəstəliklərindən fərqləndirir.

Tənəffüs çatışmazlığı aktiv funksiyada olan alveolların Ardı »

PulmonologiyaBronxit üçün yuxu rejimi önəmlidir

Bronxit, insanlarda həddindən artıq yorğunluğa səbəb ola bilər. Bu xəstəlik nə qədər pis səviyədədirsə o qədər insan özünü yorğun hiss edir.
Çünki, belə vəziyyətdə bədən hüceyrələrə oksigen paylamaq üçün daha çox işləmək məcburiyyətində qalır. Bunun üçün keyfiyyətli yuxu ən yaxşı dərman olaraq qəbul edilir.
Yatmaq qədim dövrlərdən bəri xəstəliklərdən xilas olmaq üçün sınanılan üsullardan biri olub. İndiki vaxta da müalicədə geniş istifadə edilir.
Saysız-hesabsız elmi araşdırmalarda sübut edilmişdir ki, bədənin xəstəlikləri yaxud ciddi bir yaranı öz-özünə sağaltmasında yuxu əsas prosedurlardan biridir.
Bronxit əlamətlərini azaltmaq üçün daha çox yataq və ya divanda uzanmaq lazımdır. Mütəxəssislər xəstəliyin müalicəsi zamanı bütün prosedurlara əməl etməyi vacib sayır.
Bronxit Ardı »

PulmonologiyaPnevmoskleroz..

Pnevmoskleroz - sərt birləşdirici toxumanın ağ ciyər bronxlarında, damarlarda və ağ ciyər alveollarını əhatə edən toxumalarda - alveollarda şaxələnməsidir.

Pnevmoskleroz müxtəlif ağ ciyər xəstəliklərinin son mərhələsi kimi təzahür edir (xroniki bronxit, ağ ciyər vərəmi və s.). Pnevmosklerozun bəzi formaları uzun müddət ağ ciyərə kömür, silisium, filiz, asbest və digər toz növlərinin düşməsi nəticəsində inkişaf edirlər.

Pnevmosklerozun səbəbi toksik maddələr, məsələn, azot oksidi, xlor, kükürd anhidriti olan atmosferdə təkrar və ya birdəfəlik uzunmüddətli olmaq, həmçinin, boğucu qazlarla zəhərlənmə (fosgen, difosgen, xlorpikrin və s.) ola bilər. Uzunmüddət siqaret çəkmək qanunauyğun olaraq xroniki bronxitin və pnevmosklerozun inkişafına gətirir. Çox vaxt pnevmoskleroz alkoqola həddən artıq alüdə olanlarda Ardı »

PulmonologiyaYaşlılarda ağciyər müalicəsi

Məlumata görə Cleveland Klinikasının mütəxəssislərindən Doktor Bohdan Piçurku yaşlılarda ağciyər müalicəsi haqqında danışarkən vacib hesab etdiyi məqamlara toxunmaqla antibiotiklərin yaşlı nəslə təsirindən bəhs edib.

Doktor Piçurku, gənclər üçün tətbiq olunan ağ ciyər müalicəsinin yaşlılarda asan olmadığını bildirib. Onun sözlərinə yaşlılarda olan sətəlcəm halları digər orqanları da məcbur edir və bunun nəticəsində müalicədə müxtəlif çətinliklər yaranır. Məsələn şəkər xəstəliyi olanlarda şiddətlənmə, ağciyər və böyrək funksiyalarının pozulma halları olur. Ona görə sağlam həyat tərzinin vacib elementlərinə əməl etmək olduqca vacibdir. Səhlənkar yanaşıldıqda müxtəlif səbəblərə görə hava ilə qan arasında qaz mübadiləsini təmin edən ağ ciyərlərin bəzi hallarda yaşlı insanlarda müalicəsi çətinləşir. Son nəticədə ağciyər Ardı »

PulmonologiyaSiqaret ve fəsadlari

Siqaretin zererlerine dair.
1.Siqaret tutun bitkisinin (Nicotina tabacum) qurudulmus olan yarpaqlarindan hazirlanir.TUtun muxtelif vasitelerle,yeni burunotu ile,trubka ile cekile biler.TUtun ister trubka,ister mustukle cekilsin,isterse de tutunun yarpaqlarindan hazirlanmis uzun ve qalin siqaretlerden istifade olunsun,butun bunlar nikotinin insan orqanizmine gosterdiyi zererli tesirin qarsisini ala bilmez.TUtunun ve her cur siqaretin zerersiz olani cekilmeyenidir.Bir sozle,insan orqanizmi ucun en zererli olan sey,hec subhesiz ki,siqaret cekmek verdisidir.
2.Siqaretin tustusunde 4000-e qeder kimyevi maddenin oldugu mueyyenlesdirilmisdir.Gorduyunuz kimi,siqaretin tustusundeki 4000-e qeder movcud olan maddenin hec birisinin insan orqanizmine bir faydasi yoxdur ve bunlarin hamisi zererlidir.Bunlardan en zererli olanlari ise nikotin,qetran,karbon monoksit (CO) ve xerceng yarada bilen (kanserogen) maddelerinden ibaretdir.
Nikotinden tibbi meqsedler Ardı »

PulmonologiyaVərəm bakteriyalarını dərhal müəyyən edən üsul tapılıb

Britaniya alimləri vərəm bakteriyalarını 1 saat ərzində aşkar edən həssas test metdokisı hazırlayıblar. Bu iş Sağlamlığın Mühafizəsi Agentliyi tərəfindən işlənib hazırlanıb.

Bu tibbi texnologiyanın müəllifləri, yeni üsul ilə bütün vərəm bakteriyalarının aşkar edildiyini vurğulayır.

Dünya Səhiyyə Təşkilatının təxnminlərinə əsasən, 2008-ci ildə dünyada vərəmdən 1,3 mln insan ölüb.

Təxmini hesablamalara görə, vərəm xəstəliyinə səbəb olan bakteriya yer kürəsində yaşayan insanların ücdə bir hissəsində mövcuddur və onlardan yalnız 5 faizində bu xəstəlik inkişaf edə bilər. Bununla belə, vərəmdən hər il milyonlarla adam tələf olur.

İnsanda vərəm bakteriyasının olub-olmadığını müəyyən etmək çox çətindir. Bunun üçün iki aya qədər vaxt tələb olunur. O vaxta qədər isə xəstəlik başqa adamlara Ardı »

PulmonologiyaAstmaya botoks müalicəsi

Bildiyimiz kimi bronxial astmanın düzgün müalicəsində əsas profilaktik tədbirlər, rasional nəfəsalma üsulu və individual hipoallergen pəhriz effektlidir.
Botoks tətbiqi də astma müalicəsinə yaxşı təsir göstərir.
Avstraliyalı həkimlərin tədqiqatlarına görə, üzdəki qırışların müalicəsində istifadə edilən botoks bəzi xəstələrdə astma problemlərini azaldıb. Əzələlərdə yaranan spazmlar səbəbi ilə nəfəs almaqda çətinlik çəkən bir çox xəstənin səs telləri inyeksiya sayəsində müalicə görüb. Həkimlər xüsusi ilə səs tellərini qoruyan əzələlərə inyeksiya tətbiq ediblər. Əzələləri qismən iflic edən botoksla xəstələrin rahatlaması və daha asan nəfəs almaları təmin edilib. Botoksun təsirinin 2 aydan çox sürdüyü bildirilir.
Araşdırmaya imza atanlardan Phillip Bard, qeyd edib ki, bəzi xəstələr bir neçə inyeksiyadan sonra Ardı »

PulmonologiyaKörpələrdə xroniki ağciyər xəstəliyi

Xroniki ağciyər xəstəliyi yeni doğulan körpələrdə nəfəs almada çətinlik və s. problemlərə yol açır.
Xroniki ağciyər xəstəliyinin səbəblərindən biri yarımçıq doğumdur. Erkən doğulan körpələrdə daha çox olur.
Doğum müddətində nadir hallarda baş verən problemlər ağ ciyərlərə maye yığılmasına səbəb olur. Ağciyərlər maye ilə dolduğundan bu xəstəlik yaranır.
Körpələr normal olaraq daha aşağı ağırlıqda doğulurlar. Bu zaman yarımçıq doğulan körpələrin ağciyərləri hələ tam olaraq inkişaf etmir. Bu vəziyyət xroniki ağciyər xəstəliyinə səbəb olan bir sıra infeksiyalara və digər xəstəliklərə yol açır. Çünki, yarımçıq doğulan körpələrdə tənəffüs problemləri olur.
Ürəkdə olan problemlər də ağciyər xəstəlikləri yaradır. Doğuşdan gələn anomaliyalar da ağciyərlərin inkişafına mənfi təsir göstərir.
Bu Ardı »