beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Presbiopiya nədir?

Bəzi insanlarda 40 yaşından sonra presbiopiya ola bilər. Presbiopiya - gözün refraksiya anomaliyasıdır, hansıki insan yaxın məsafədən kiçik şriftləri və balaca əşyaları görə bilmir. Bu xəstəlik yaşlanmaqla əlaqədar yaranan görmə problemlərindən biridir. Xüsusi ilə yaxın görmənin irəliləyən yaşlarda pisləşməsi bu cür xəstəliklərə səbəb olur. Bunun nəticəsində gözdəki linzalar qalınlaşaraq elastikliyini itirir. Ona görə yaşlı insanlarda kitab və qəzet oxumaq, tikiş tikmək və ya kompüterdə saatlarla işləmək müxtəlif göz problemlərinə səbəb olur. Başqa sözlə qeyri-səlis görmədən əlavə baş ağrısı, göz ağrısı, yorğunluq və yuxulu vəziyyətlər yaranır.
Mütəxəssislər bildirirlər ki, presbiopiya həm də hipermetropiya ilə qarışa bilər. Lakin, hipermetropiya xəstəliyində yaxın görmə problemindən əlavə başqa görmə problemləri də olur. Presbiopiya isə yaşla əlaqədar inkişaf edən yaxın görmə problemidir. Bu xəstəlik inkişaf etdikdə oxunan kitablar, jurnal və digər vəsaitlər 35-40 sm uzaqdan oxunmalıdır.
Presbiopiya vəziyyətində göz əzələsi işləyir, lakin köhnəsi qədər yaxşı olmur. Linzalar elastikliyini itirdikdə isə obyektlər istənilən səviyyədə görünmür. Nəticədə görünüş retinanın tam üzərinə yox retinanın arxasına düşür. Buda yaxın görmənin bulanıq olmasına səbəb olur. Obyekt ilə gözün arasında olan məsafəni artırmaq obyektə yönəlməni təmin edir. Məsələn: qəzeti üzünüzdən uzaqda tutmaq sözləri görməyə imkan yaradır. Bu səbəbdən presbiopiyaya "uzun qol sindromu" da deyirlər. Bu xəstəliyin müalicəsində lazer presbiopiya, eynəklər, kontakt linzalar, göz içi linzalar da faydalı hesab olunur.
Hər insanın sağ və sol əli kimi daha çox istifadə etdiyi bir dominant gözü vardır. Monovizyon sistemdə "excimer" lazer ilə görmə qüsuru düzəldilərkən, dominant göz uzağı tam görəcək şəkildə, dominant olmayan göz isə yaxını daha yaxşı görəcək şəkildə (-0.75 - 1.00 dərəcə) qurulur. Beləcə yaxın eynəyə asılılıq tam olaraq itməsə də azalır.
Eynəklərdən bifokal və ya multifokal eynəklər istifadə edilə bilər. Bu eynəklər uzaq, orta və yaxın məsafələri dəqiq görməyi təmin edir. Kontakt linzalarda uzaq və yaxın məsafələri görməyə kömək edir. Lakin, göz quruluğu, göz allergiyası olanlarda bu linzalardan istifadə çətindir. Göz içi linzalar kataraktası olanlarda tətbiq olunarkən, ilk öncə katarakt alınır, daha sonra gözün içinə multifokal göz içi linzası yerləşdirilir. Lakin, göz içi əməliyyatlarında risk və ağırlaşmalar daha çox olduğundan bu əməliyyat yalnız kataraktı olanlara tətbiq olunur.


Tarix: 16.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Oftalmologiya