Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurbağalar və hacıleylək

Keçmiş zamanlarda Qurbağalar bir-birləri ilə yola getmirdilər. Bu cür yaşamaq onları təngə gətirmişdi. Bir gün Sular anasının yanına gedib özləri üçün Padşah istədilər. Sular anası Qurbağaların xahişini yerinə yetirdi. Suya böyük bir kötük atdı.

- Bu da sizin padşahınız.

Kötük suda hey yırğalandı.

Qurbağalar burunlarını sudan çıxarmırdılar. Elə ki, kötük yırğalanmırdı, Qurbağalar gəlirdilər. Yuvalarından çıxıb kötüyə tamaşa edirdilər.

Qurbağaların belə Padşaha gülməkləri tutdu. Onlar bir-biri ilə yenə çəkişməyə, dalaşmağa başladı.

Bir müddət keçdi. Qurbağalar yenə Sular anasının yanına gedib özləri üçün Padşah istədilər. Xahiş etdilər ki, onlara qəzəbli Padşah təyin etsin. Sular anası Hacıleyləyi Padşah təyin etdi. Hacıleyləyə tapşırdı ki, kim sözündən çıxsa, onu udsun. Qurbağaların dəhşətli günləri başlandı. Hacıleylək Sular anasının dediyi kimi hərəkət edirdi. Sözünə qulaq asmayan bütün Qurbağaları udurdu.


Tarix: 21.04.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Nağıllar
loading...