Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

NağıllarAvçı Məhəmməd

Günlərin bir günündə əyyami sabiqdə bir danə Məhəmməd var idi. Günlərin bir günündə Məhəmməd çöldə yer şumlayırdı. Məhəmməd qan-tər içində evə döndü və anasına dedi:

– Ana! Doğrusun di. Mənim atam nə sənət sahibi idi?

Anası dedi:

– Oğul, vallah, atan avçı idi. Hər gün ava çığanda yorğun gəlib üzü üstə düşüb, torba barıt çeşmədən savayı heç bir iş görmürdü.

Məhəmməd deyir:

– Atamnan qalma şeyləri getir görüm.

Məhəmmədin anası köhnə bir sandıq açdı, onın içinnən bir tüfəng, bir torba barıt çıxartdı. Oğluna uzatdı. Məhəmməd gün çıxmamışdan tüfəngi götürüb yola düşdü.

Məhəmməd az gedib çox girləndi, bir mənzil başına düşdü. Gecəni orada eliyib səhər yola çıxdı. Ərzuman dağların Ardı »

NağıllarKeçəllə tacir (nağıl)

Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişinin gözünün ağı-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar. Bir gün keçəlin atası səhər tezdən işə getmişdi. Novruz qabağı idi, havalar da qızmışdı. Keçəl əvdən bayra çıxıb görgi ki, uşaqlar ələlvan geyinib oynayırlar. Keçəl bulara qoşuldu, amma uşaqlar qoymayıb, bir ağızdan dedilər:

Keçəl-keçəl daz eylər,
Yuvada pərvaz eylər.
Minər qamış altına,
Sağsağana göz eylər.

Keçəlin acığı dutub evə gəldi, gördü ki, anası evdə təkdi.

Keçəl dedi:

– Ana, nə bişirirsən?

Anası dedi:

– İki ovuc arpa unumuz qalmışdı, umac bişirirəm.

Keçəl bərk acmışdı, dinməz oturub əvin Ardı »

Nağıllarİsgəndər Zülqərneyn

Biri varıydı, biri yoxuydu, bir padşah varıydı. Bu padşah nə qədər arvad alırdısa, övladı olmurdu ki, olmurdu. Padşah bütün rəmçiləri, dərvişləri, həkimləri çağırmışdı ki, ona əlac eləsinlər. Heç biri bir əlac eləyə bilməmişdi. Padşah xüfətinnən heyva kimi sapsarı saralmışdı. Bir gün yatmışdı, aləmi-röyada gördü kü, bir pirani qoca kişi başının üstündə dayanıb deyir:

– Ey padşah, sən kimi alsan övladın olmayacax, bircə İsfahan padşahının qızını alsan, ondan sənin bir övladın olacax.

Padşah yuxudan ayılan kimi vəzir-vəkili, əyan-əşrəfi başına yığıb yuxusunu onlara söylədi, tədbir istədi. Vəzir dedi:

– Padşah sağ olsun, burda elə bir çətin iş yoxdu. Elçi göndərək, gedib qızı istəsinnər.

Padşah dedi:

– Birdən qızı Ardı »

NağıllarQaraqaşın nağılı

Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir odunu var idi. Bu odunçunun oğlu, uşağı yox idi. Bir gün evdə ər-arvad oturub söhbət edirdilər. Söhbət vaxtı arvad ərinə dedi:

– A kişi, nə olaydı, bu evimizdə oğul adı çəkiləydi. Qorxuram düşüm ölüm, ürəyimdə oğul dağı qalsın.

Odunçu dedi:

– Ay arvad, nə səfeh-səfeh danışırsan? Cavanlıqda doğub törəmədin, yetmişində balalamaq istəyirsən?

Arvad kişinin bu sözünün üstündən heç bir söz demədi. Gecəni yatdılar. Səhər tezdən arvad səhəngi götürüb odana suya getdi. Səhəngin odandan doldurub evə gətirdi, yorulub yolda oturdu. Gördü ki, dizinin üstə bir göy yarpaq düşdü. Amma ətrindən doymaq olmur. Arvad Ardı »

NağıllarAğıllı qoca

Biri var imiş, biri yox imiş, uzaq keçmişlərdə qəddar bir padşah var imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir qayaya qoyarlarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbiristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tük ürpədən heybətli səs çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik edib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın Ardı »

NağıllarOvçu və ilan

Bir ovçu varmış. Bu ovçu ova çıxır, axşam evə qayıtmır. Aradan üç gün, beş gün keçir, yenə qayıtmır. Qohum-qardaş, qonumqonşu dağa-daşa düşüb onu axtarır – heç bir nişanəsi tapılmır. Deyirlər, yəqin hardasa başına bir iş gəlib, ölüb. Odu ki, ovçuya yas saxlayırlar, ehsan verirlər. Mərəkədə camaatın lap gur vaxtı ovçu, çiynində tüfəng qayıdıb gəlir. Camaat nə qədər soruşur ki, hardaydın, bu vaxta qədər harda qalmışdın – ovçu dinmir. Camaat dağılandan sonra arvadına danışır ki, kolluğnan gedirdim, ayağım boşa çıxdı, düşdüm dərin bir quyunun dibinə. Əlimi işıqlı dünyadan üzdüm, dedim, yəqin bir günahın yiyəsiymişəm ki, düşdüm bura, qalacam burda, qurd-quş basıb yeyəcək Ardı »

NağıllarŞəmsi Qəmər

Bir padşahın yetişmiş üç qızı var imiş. Bir gün vəzirin və vəkilin qızları bunlara qonaq gəlirlər. Söhbət əsnasında bunlara deyirlər ki, nə vəqtə kimi evdə oturacaqsınız? Az qalmısınız qocalasınız.

Qızlar cavab verirlər:

– Bizim ixtiyarımız atamızdadır. O nə vəqt keyfi istəsə verəcəkdir.

Vəzirin qızı cavab verir:

– Yəqin atanızın başı hökumət işlərinə qarışmış, siz də yadından çıxmısınız. Gərək siz özünüz onun yadına salasınız.

Padişahın böyük qızı soruşur:

– Nə tor edək ki, atamızın yadına salaq?

Bunda vəzirin qızı deyir:

– Bunun tədbiri asandır. İndi mən buna tədbir edərəm.

Əmr edir ki, bazardan biri ötmüş, biri yetmiş və digəri yetişmək üzrə üç qavun alsınlar. Bunların hər birinə bir pıçaq sancıb, bir Ardı »

NağıllarTəlimli pişik (nağıl)

Bir tacir var imiş. Bir gün fikrinə düşür ki, ticarət üçün özgə vilayətə getsin. Odur ki, xeyli mal alıb, tədarük görüb, əhli-əyaliylə vidalaşıb yola düşür. Mənzilbəmənzil gəlib axırda bir səhərə yetişir. Burada bir karvansarada mənzil edir. Bu vilayətin qaydası elə imiş ki, hansı tacir bu şəhərə gəlsəymiş, gərək padşaha layiq bir şey apararmış və padşah o taciri gecə qonaq edib, onunla nərd oynarmış.

Tacir də bir xeyli parça bir xonçaya qoyub padşahın hüzurinə aparır. Söhbət əsnasında padşah tacirə deyir:

– Gəl mənim ilə nərd oynayaq və mənim bir pişiyim var, o axşamdan sabaha kimin quyruğunun üstündə yeddi çıraq saxlar. Mən o pişiyi çağıraram. Ardı »