beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adamcıl

Bir çoban axşam vaxdı sürünü gətirirmiş kəndə. Qəbrisdannıxdan keçəndə görür ki, bir əcayib adam qəbri eşəliyir. Bı əcayibin iri bıynızdarı, uzun caynaxları varıydı.

Çoban mısır. Görür ki, bı əcayib qəbri söhdü, ölünü çıxartdı, söykədi baş daşına. Sora ölünün dabanınnan dişdədi, başdadı ordan qan axmağa. Əcayib qanı görən kimi xeyləh dala çəkilir. Çoban bilir ki, bı ölü əslində ölmüyüp, bını ölü sayıp basdırıplar. Bı əcayib də görüp ki, bı ölmüyüp, dala çəkilir ki, gəlip bıynızlarıynan vırıp onu öldürsün. Bı əcayib də Adamcıldı.

Çoban tez ölünü çəkip salıp yerə, kərəntini götürüp qoyup onun yerinə. Adamcıl qaça-qaça gəlip bıynız vıranda kərənti keçip bının xirtdəyinə, ölüp sərələnip yerə.

Bı dəmdə ölü zarıldıyıp ayılıp. Çoban soruşub ki, bə bı nə haqhesabdı? O da deyip ki, yatmışdım, dabanım ağrıdı, durdum. Çoban kəndə qaçıp kişinin qahımlarına deyir. Hamı tökülüp gəlir. Görüllər ki, Adamcılın uzun caynaxları, iri buynuzları var, bədəni də heyvan kimi tühlüdü. Bını yandırıllar. Basdırılan kişi indi də yaşayır, əmbə bir dabanın yerə basammır, axsıyır.


Tarix: 21.04.2013 / 17:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Nağıllar