beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məlik Məmmədlə Məlik Əhməd

Biri vardı, biri yoxdu. Yunan şəhrində bir Məhmət Həsən adında paçcah vardı. Bının qonşusunda da bir naxırçı vardı. Bılların hər ikisinin də övladı yoxdı, nə paçcahın, nə də naxırçının. Bı paçcah fikirləşirdi ki, bir belə torpağım, bir belə dövlətim ola, bir övladım olmıya ki, barı ona sahıp ola. Gün çıxannan gün batana cəmi paçcahlar mənnən qorxur.

Gecə yatmışdı. Aləmi-vaqiyədə gördü ki, bına deyillər: “Ey paçcah, səhər sühb namazınnan qabax dur get çarhovuzun başına. Orda suyun üzündə bir alma üzür. Onı gətir qoy xonçıya, ortadan tən böl. Yarısın ver qonşun naxırçıya, arvadıynan yesin, yarısın da özün hərəminnən ye”.

Bı sübh namazınnan qabax durdu, getdi çarhovuzun qırağına, gördü bəli, çarhovızda bir alma üzür. Bını götürdü gəldi əvə, qoydı xonçıya. Böldü, yarısını göndərdi naxırçıya. Dedi ki, “arvadıynan yesin”. Yarısını özü hərəmiynən yedi.

Ay oldu, il dolandı, bılların hər ikisinin arvaddarının boynuna uşax düşdü. Hər ikisi vaxt oldı ki, doğdular. Bılların hərəsinin bir oğlu oldu. Gətirdilər bılların hərəsin bir dayaya verdilər. Bıllar, bəli, bir yaşınnan gəldi iki yaşına, ikidən üçə. Belə-belə bılar altı yaşına çatanda, bılları qoydular məktəbə.

Paçcahın oğlının adı Məlik Məmməd, naxırçının oğlının adı da Məlik Əhməd idi. Bulları əvdən çölə qoymırdılar çıxsın. Bir molla təyin etmişdilər, gəlip bir əvdə bılların ikisinə də dərs verirdi.

Paçcah da aşbaza tapşırırdı ki, nə bada bılların xörəyinə sümük qoyasan.

Bıllar hər ikisi gəldi, çatdı on beş yaşına. Bir gün aşbaz gətirdi bılların xörəyinə bir sümük qoydı. Bıllar xörəklərin yedilər. Bu sümüyü oynadırdılar. Sümük dəydi aynanın şüşəsinə sındı. Birdən başdadı əvə gün düşməyə. Bıllar gördülər, əvdə difara bir göyçək şey düşür. Başdadılar bını tutmağa. Nə qədər elədilər, bını tuta bilmədilər. Molla gələndə gördü ki, bıllar qan-tərin içindədilər. Bıllar mollanı görəndə dedi:

– Bizi niyə bırda qırırsan? Qoymırsan çölü görək? Bax çöldən nə göyçək şey düşür?

Molla gətirdi aynanın sınığından çölü bıllara göstərdi. Bıllar gördülər ki, kimi quş oynadır, kimi gəzir, kimi oynıyır. Hərə bir işinən məşğuldu. Çöl belə gözəldi ki, nə təər. Mollıya dedilər:

– Get atamıza de ki, taa biz oxıyıp molla, muşdet olmıyacıyıx ha. İzin versin, biz də çıxax çölə. Bir at da hazırrasın ova çıxaq.

Molla getdi, dedi:

– Uşaxlar deyir ki, bizə icazə versin, çıxax çölə. Özü də bir at həriyə hazırrasın, ova çıxacıyıx.

Paçcah car çağırtdırdı. Bıllara qoşın yığdırıb dedi:

– Sabah ova gedəcəksiniz, mənim oğlanlarımın yanınca.

Məlik Əhməd almıya oxşıyırdı, elə Məlik Məmməd də almıya oxşıyırdı. Ancax Məlik Əhməd birəz ağıdı Məlik Məmməddən. Onnar bir-birinnən seçilmirdilər.

Bıllar geyinip, atdandılar, düşdülər yola, getdilər. Çıxdılar bir düzəngah yerə. Gördülər ki, bəli, bırda bir ceyran otdıyır. Qoşına əmr elədilər ki, ətdən çəpər çəkin onun dörd tərəfinə. Hər kəsin başının üstdən tullanıp getsə, boynın vırdıracıyam. Hər kəsin böyrünnən getsə, əlin vırdıracıyam. Bıllar cərgeynən durdular ceyranın dörd bir tərəfin tutdular. Ceyran o yana baxdı, bu yana baxdı, dedi:

– Mən heç kimin qanına bayıs olacıyam.

Gəldi Məlik Məmmədin başının üstdən tullanıb getdi.

Bı dedi:

– Bir adam mənim dalımca gəlsə, bı ad mənim üzərimə qənim olsın. Boynın vırdıracıyam.

Heç kəs qorxısınnan getmədi. Bı dedi:

– Gərək, mən özüm tutam o ceyranı, o ki mənim başımın üstdən qaçıp.

Bı iki qardaş düşdülər yola. Bı ceyranı qava-qava gətirdilər saldılar bir qalaçıya. İsdədilər ceyranın dalınca girsinnər qalaçıya, gördülər bir oğlan çıxdı. Oğlan dedi:

– Ey paçcahzadə, mənim ceyranımı niyə qavdınız?

Məlik Məmmədgil oğlana dedilər:

– Bizim şikarımızı ver.

Bı oğlan dedi:

– Ay oğlan, siz gəlmisiniz bıra, paçcahzadəsınız, yoxsa sizi mən bir tilisimə salardım, heç çıxa bilməzdiniz.

Bı girdi içəridən bir şəkil gətirdi. Kağızın arasında verdi Məlik Əhmədgilə. Kağızı aşdılar, baxdılar gördülər ki, bı bir qızdı ki, Allahtala xoş gündə, xoş saatda yaradıp. Bını görən kimi Məlik Məmmədin ürəyi getdi.

Birəzdən sora ayıldı bıllar, başdadılar yol getməyə. Yol uzunu Məlik Əhməd bına təsginnik verirdi ki:

– Heç fikir eləmə, qardaş, nətər olsa, o qızı ələ gətirrik.

– Nə fayda, qızın yerin bilmədik, hankı paçcahın qızıdı.

Amma Məlik Əhməd bir elə pəhlivanıdı ki, Rusdama əvəz. Deyirdi:

– Qardaş, bı başı bədənnən gərək cida eliyəm, o qızı tapam. Şəkli də gətirdilər evə. Məlik Məmməd şəkli gətirdi qoydı atasının qabağına.

Atası dedi:

– Ey oğul, o boş fikirdi, o yeddi qardaş devin bacısıdı. Mən düz yeddi dəfə onın üstdə qoşın göndərmişəm, qoşınımı təmiz qırıplar. Onı almax olmaz. Həmən qızın adına da Gülü Qahqah deyərlər. O qıza cəmi paçcahlar aşıxdı. Ancax ələ gətirə bilmirrər. O qız tilisimdir. Mən qoşın verə bilmərəm, aparıp qırdırasınız.

Məlik Əhməd dedi:

– Ay paçcah, maa qoşın lazım döyü. Ancax yolın de, hara gedəciyəm? Bı baş nə qədər ki sağdı, gərək o qızı gətirəm.

Paçcah dedi:

– Bəli, şimal tərəfə sübh tezdən atı sürsəniz, gedərsiniz axşamatan. Hər ikisi azuqasın götürüp atdarına qütəvvər oldılar. Sübh tezdən yola düşdülər. Gün batanda getdilər çatdılar. Gördülər ki, qırx pilləkəndə beşimci mərtəbədə qız gəzinir. Bını görəndə Məlik Məmmədin az qaldı, ürəyi getsin. Məlik Əhməd bını tutdu, birəz təsəlli verdi. Dedi:

– Özünü toxtat.

Qız da Məlik Məmmədi görən kimi min könüldən aşıx oldı. Bı qız Məlik Əhmədə dedi:

– Ey oğlan, maa çox paçcahlar aşıxdı. Amma qardaşdarım gəldikcə, onnarın qoşının qırdırıp. Ancax saa indi bir şey öyrədəcəyəm. Mənim bir taxdam var ki, gərək onı elə axıdasan suya dəymiyə. Bir də bir qazanım var, yeddi dəmirçi hərəsi bir küncündə otırıp çəkic döyür, bılların səsi bir-birinə getmir. Gərək onı qaldırıp götürəsən bir gilə də su yerə düşmüyə. Mən də qardaşdarıma demişəm ki, hər kəs o taxdanı axıtsa, o qazanı da doldırıp götürsə, ona gedəciyəm. O sizə deyəcək ki, “bı taxdanı axıt, bı qazanı da doldır”. Onda sən de ki, “Taxda! Gülü Qahqah eşkinə, nə sən suya dəy, nə su saa”. Qazanı da doldır, denən: “Qazan! Gülü Qahqah eşqinə qalx.” O özü qalxacax. Onda o da məni saa verər.

Axşam oldı bının qardaşdarı gəldi. Gördü ki, iki oğlan otırıp. Birinin sifətinnən, elə bil, Rusdam qəbirdən dirilip gəlip. Böyük qardaş dedi ki, mənim bacımın bir taxdası var, onı gərək elə axıdasan ki, nə taxta suya, nə su taxdıya dəymiyə. Bir də qazanı var; yeddi dəmirçi hərəsi bir küncündə çəkic döyür, onın səsi bir-birinə getmir. Onı da suyunan doldurasan elə gətirəsən ki, bir gilə də su yerə düşmiyə. Əyər onnarı eliyə bilməsəniz, ikinizin də boynınızı vırdıracıyam. Eliyə bilsən, bacımı verəcəyəm.

Axı, qız da bılları örgətmişdi Oğlan qazanın qulpunnan yapışdı. Basdı suya doldurdu, dedi:

– Gülü Qahqah eşqinə, qazan, qalx!

Qazan qalxdı. Sora taxdanı götürdü, atdı suya. Dedi:

– Taxda, Gülü Qahqah eşqinə, nə sən suya dəy, nə su saa!

Bəli, taxda başdadı sudan birəz qəlbi axmağa. Bir molla gətirtdilər qızın kəbinin kəsdirdi Məlik Məmmədə. Məlik Məmməd qızınan evdə oturup söhbət edirdi həmişə. Şikara da bı qızın yeddi qardaşı, bir də Məlik Əhmədlə gedirdi. Bir gün Məlik Məmməd otırıb qızınan söhbət edirdi. Məlik Məmməd birdən əlin vırdı bının kürəyinə, gördü bir yumuru var. Dedi:

– Ay qız, deyəllər hər gözəldə bir ayıb var, səndə də bu yumru?

Qız dedi:

– O eyb deyil. Maa bir ağ dev aşıxdı. Qırx ildi onı dutup salmışam tilsimə. Bı tilsimin haçarrarıdı. O tilsim qırx evdən ibaratdı.

Məlik Məmməd o saat dedi:

– Gərək o evləri acıb, o devi maa gösdərəsən.

Qız dedi:

– Gəl, aşdırma. O qapıları aşsam, o məni götürüp aparacax. Məlik Əhməd də dayanmıyacax, gələcək o devin dalınca. O dev də çox hənirsiz devdi.

Nə qədər elədi olmadı. Dedi:

– Məlik Məmməd, gəl aşdırma, aşsam, ta məni görmüyəcəksən.

Məlik Məmməd dedi:

– Xeyr, aç!

Qız otuz doqquzun aşdı qırxıncıda dedi:

– Məlik Məmməd, gəl aşdırma.

Dedi:

– Xeyr, aç.

Qız dedi:

– Qapını açan kimi, o dev məni aparacax, gəl aşdırma.

Dedi:

– Xeyr, aç görüm.

Qız qapını aşdı. Açan kimi dev qızı götürüp, ya Əli mədət getdi. Məlik Məmməd qaldı lavud. Nətər eliyim, necə eliyim. Bı qalsın bırda. Sizə kimnən xəvər verim, Məlik Əhmədgildən. Bıllar gördülər dev qızı aparır. Bı qızın qardaşdarı dedi:

– Əvin dağılmasın, Məlik Əhməd, qızı dev apardı. Əhməd o saat atın minib üz çəvirdi bılların dalınca.

Məlik Əhməd dedi:

– Qırx günün səfərinə gedirəm. Qırx günəcən gəldim, gəldim. Gəlmədim, heç.

Bı üz qoydu getməyə. O qədər getdi ki, çıxdı bir şəhərə. Bırda gördü, bir adam var. Adına Əhmədi-Kəmxörəy deyirlər. Dedilər:

– Yarım put düyünün xörəyin yeyir. Onın üçün ona ƏhmədiKəmxörəy deyirlər. Əhmədi Çilingi adında bir adam varıdı. Bı ƏhmədiKəmxörəyiynən Əhmədi Çilingi, Məlik Əhmədi apardılar bir quyunun başına. Kəndiri bının belinə bağladılar, salladılar quyunun içinə. Bı girdi gördü ki, dev başın qoyub qızın dizinin üstdə yatıp. Qız Məlik Əhmədi görən kimi dedi:

– Vay, Məlik Əhməd, nəyə gəldin bıra. Bı bir məlundi ki, oyansa səni öldürəcək.

Oğlan dedi:

– Sən dinmə!

Qız dedi:

– Məlik Əhməd, sən gətir, bını yavaşca öldür.

Dedi:

– Mən namərt döyüləm, namərtdiynən adam öldürəm. Mən mərtdiynən öldürəciyəm, – deyip, qılıncını sivirdi. Başdadı devin dabanın oymağa. Dev yuxudan bidar olub qıza bir şapalax çəkdi ki, niyə qoyırsan məni milçək yeyə.

Məlik Əhməd bir “Allahı əkbər” nalası çəkdi ki, az qaldı, dağ-daş titrəsin. Dev yuxudan ayılıb əlin atdı Məlik Əhmədin toqqasınnan yapışdı. Yeddi dəyirman daşın bir daşa nəsb eləmişdi. Bını getdi qalxızdı, gətirdi ki, Məlik Əhmədin başına salsın. O saat Məlik Əhməd firsəti fot eləməyip bir qılınc çəkdi devin başınnan. Devin başı iki parça olub canı cəhənnəmə vasil oldı.

Bırdan qızı da götürüp gəldi quyunun ağzına.

Qıza dedi:

– Sən çıx.

Qız dedi:

– Mən çıxsam səni quyuda qoyup, məni aparallar.

Məlik Əhməd dedi:

– Xeyr, çıx.

Qız dedi:

– İndi ki belədi, mən çıxıram. Əgər səni quyuda qoysalar, al bı düdüyü çal. Onda özü bir qarış, saqqalı iki qarış gələcək, deyəcək ki, “bir də çal”. Onda sən de, “məni çıxart, bir də çalım”. Havax onı çalsan, o saat yanında hazır olacax. Nə isdəsən hazır edəcək.

Bı qızı bir sandığa qoydı bağladı. Dedi:

– Çəkin.

Bıllar çəkdilər. Gördülər bı bir qızdı ki, heç olmıyan kimi. Qızı götürüp getdilər. Məlik Əhməd qaldı quyuda. Bı düdüyü çaldı, o saat özü bir qarış, saqqalı iki qarış gəldi, dedi:

– Nə qəşəng çaldın! Bir də çal!

Dedi:

– Məni bırdan çıxart, çalım.

Gətirdi bını çıxartdı. Çöldə düdüyü bir də çaldı. Özün yetirdi yavaş-yavaş bı şəhərə. Gördü Əhmədi-Kəmxörəyi qıza toy eliyir özinə. Qız da deyir:

– Gərək mənim özümün qızıl mecmeyim, qızıl teşdim gələ.

Bı Məlik Əhməd də gəlip bir zərgara şəyirt oldu. Bıllar bı zərgara qızıl gətirdilər ki, bir qızıl teşt, bir qızıl mecmeyi qayır. Bı zərgar dedi:

– Mən bacarmaram.

Məlik Əhməd dedi:

– Al, mən qayırram.

Bı zərgar dedi:

– Sən dünənki şəyirt nə bacararsan?

Bı dedi:

– Sənin işin yoxdı, sən al, mən qayırram.

Bı zərgar qızılı aldı. Dedi:

– Bəli, sabah gəlip apararsan...

Bıllar gedən kimi Məlik Əhməd düdüyü çaldı, özü bir qarış,

saqqalı iki qarış hazır oldu. Dedi:

– Gedərsən həmən devin teştin, mecmeyisin gətirərsən.

Bı o saat gedip gətirdi. Qız gördü ki, öz teşti, öz mecmehyisidi. O saat bildi ki, Məlik Əhməd gəlip. Bı Məlik Əhməd bir də düdüyü çaldı, genə özü bir qarış, saqqalı iki qarış gəldi. Dedi:

– Gedərsən həmən devin, atın, qılıncın, geyimin gətirərsən.

Bı o saat gedip, gətirdi. Altdan geyindi, üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı. Qılıncı bağladı, qalxanı götürdü Allah, Məhəmməd, ya Əli dedi, düşdü yola. Bı Əhmədi-Kəmxörəyi də geyinmişdi ki, bəli gəlin gəlir. Atdılar gördülər, bəli bir atdı gəlir, guya Rusdam qəbirdən dirilip. Bıllar hamısı xofa düşdülər. Məlik Əhməd yetişip, Əhmədi-Kəmxörəyinin də, Əhmədi Çillinginin də boynın vırdı. Qızı da götürdü. Əhmədi-Kəmxörəyinin bir bacısı da varıdı. Bını da götürdü, üçü də atdanıp yola düşdülər.

Yeddi qardaşdar da şikardaydı. Qırx gün tamamıdı. Gördülər bıdı üç atdı gəlir. Bıllar dedilər:

– Gərək iki oleydılar, bəs niyə üçdülər?!

Gəldilər bıllar Məlik Məmmədin yanına. Bir-iki gün də bırda qaldılar. Bı devlər ehtiyat gördülər ki, yola düşsünnər, getsinnər öz vilayətdərinə. Bılları devlər cah-cəlalınan, qoşınnan yola saldılar. Qız dedi:

– Məlik Əhməd, çox əziyyət çəkmisən, amma qoysana bir söz deyim. Paçcah maa aşıx idi. O, bir at göndərəcək ki, oğlum minsin gəlsin. Minən kimi o at onı yerə vırıp öldürəcək. At gələndə onı sən vır öldür. Onnan sora bir qızılquş göndərəcək. O da Məlik Məmmədin gözün çıxardacax. Onı da öldürərsən.

O at gələn kimi vırdı atı öldürdü. Quşu da göndərdi. Onu da bir ox yayınan vırdı, bını da öldürdü.

Qız dedi:

– O çox cadukunnuk bilir. Bir ismi-əzəm oxıyıp olacax bir ilan, girəcəy bir otağa. Məlik Məmməd o otağa girəndə vıracax, öldürəcək. Onda sən, Məmməd girməmiş o ilanı da öldür. Paçcah ölsün.

Paçcah əmr elədi ki, oğlum girsin o otağa. Onı onnan ötəri tikdirmişəm. Məlik Əhməd tez gedip gördü, atası ilan olub ki, Məlik Məmmədi vırsın. Məlik Əhməd fürsəti fot vermiyip ilanı öldürdü. Məlik Məmməd gördü ki, Məlik Əhməd ilanı vıranda, bı ilan bir nərə çəkdi ki, “ay Məlik Məmməd, bəs adam atasın öldürər”. Gördü ilan öldü, düşdü yerə. Məlik Məmməd dedi:

– Bı sirdən məni agah elə, görüm, o atı, o quşu, o ilanı niyə öldürdün?

Dedi:

– Gəl xəbər alma, sənin yolında mən başımı fərmanda qoymışam. Sən gəl bı sirri aşma.

Dedi:

– Xeyr, de!

Bı dedi:

– Sənin atan o qıza aşıxıdı. O qıza nə qədər qoşun göndərir ki, alsın. O qoşını qırdırdı. Atı onın üçün göndərmişdi ki, sən minəndə vırsın öldürsün! – deyəndə Məlik Əhməd yarıyacan daş oldı. – Quşu da onın üçün öldürdüm ki, sənin gözünü tökəcəydi. – Toqqıyacan daş oldı.

Dedi:

– Bəs ilanı niyə öldürdün?

Dedi:

– O da sən içəri girəndə səni vıraceydı, ona görə öldürdüm. Bı tamam daş oldı, yıxıldı qapının ağzına. Məlik Məmməd onnan sora başdadı atasının taxdına paçcahlıx elədi.

Ay ötdü, il dolandı, bının külfətinin boyuna uşax düşdü. Bı barıhəmlin vaxt oldı ki, yerə qoydı. Gəldi bının bir oğlı oldı. Bir müddətdən sora bı uşax üzə gülən oldı. Gördü, üç göyərçin gəldi, qondu ağaca. Biri dedi:

– Bacı, bı daşı tanıyırsan?

Bılar dedi:

– Yox.

Dedi:

– Bı filan naxırçının oğlıdı ki, Məlik Məmmədin yolında nə zəhmətdər çəkdi.

O biri dedi:

– Bacı, bı uşağın nənəsi qıyıp o daşın üstdə başın kəssə, o asqırıp durar.

Arvad o saat dedi:

– Yüz belə oğlan qurban olsın Məlik Əhmədə.

Başın kəsdi. O saat asqırdı durdu. O biri göyərçin də dedi:

– İndi belədi? Mən də bir lələk salasıyam. Uşağın başın qoysın üstdə onı çəksin, olacax anadan doğma.

Bı lələyi götürdü çəkdi uşağın başına, oldı anadan doğma. O yedi yerə keçdi. Siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü: Biri sənin, biri mənim, biri də nağıl deyənin.


Tarix: 21.04.2013 / 18:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 669 Bölmə: Nağıllar