beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Carçıboğan

Belə danışırlar ki, Topal Teymurun oğlu Miranşah Əlincə qalasına hücum edəndə ətrafdakı kətdərə də olmasın zülm edir, onlardan ağlasığmaz xəraclar istəyir. O, öz carçılarını kətdərə göndərib car çəkdirir ki, əlincəlilərlə dilbir-əlbir olan adamlara divan tutacaq. Carçılar dəvəyə minib kətdərə, obalara gedir, car çəkməyə başlayırlar.

Bir gün də bı carçılardan biri Muğan kəndinə gedir. Camaata hədə-qorxu gələ-gələ car çəkir:

– Əlincəlilərə kömək edən dünya üzünə həsrət qalacaq.

– Əlincəlilərə kömək edən çaya atılacaq.

– Əlincəlilərə kömək edənlərin kəndi viran qalacaq...

Carçının bı hay-küyünü eşidən kənd camaatı qəzəblənib Miranşaha söyüşlər yağdırıb carçıları dəvənin üstündən yerə salıb boğur. Sonra da ölüsünü dəvəyə sarıyıb Miranşaha göndərirlər. Bı hərəkət Miranşaha çox ağır gəlir. O, bı təhqirə dözə bilməyib Muğan kəndinə qoşun çəkir. Kənt camahatı Miranşahın qoşununa qarşı çıxır. Bərk vırışma olur. Muğanlıların çoxusu ölür. Qanlı vırışmadan qorxuya düşən arvad-uşağın bağrı çatlayır. Bı qısasdan da Miranşahın ürəyi soyumur. O, bütün kənt camahatına ölüm hökmü verir. Sərkərdələrdən biri məsləhət görür ki, adamları qılıncdan keçirsinlər. Miranşah qəzəblə qışqırır:

– Carçıboğanları boğmaq lazımdı.

Vırışdan sağ qalmış beş-üç kəntlini də Miranşahın buyruğuynan boğub Arpaçaya atırlar.

Elə o vaxtdan Muğan kəndinin adı Carçıboğan qalır. Kəndin indiki adı Çərçiboğandı.


Tarix: 21.04.2013 / 17:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Nağıllar