beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Persia sərhəddində döyüş - Döyüş və Nəticə

Döyüş
"Beləcə döyüş başladı. Astiaq 20.000 cangüdənin mühafizəsi altında döyüşü seyr edirdi: fars ordusunun sağ cinahına Atradat (Herodot adı Mitridat olaraq qeyd edir. Dəməşqli Nikolay öz qeydlərində II Kirin atası I Kambizi səhvən Atradat adlandırır), sol cinahına isə Oebares baçşılıq edirdi. Ən cəsur döyüşçülər tərəfindən əhatə olunmuş Kir isə ordunun mərkəzində qərarlaşmışdı. Farslar qəhrəmanlıqla müdafiə olunur, maday əsgərlərini məhv edirdilər. Bu zaman Astiaq öz taxtından qışqırdı: "Bu zibil yeyənlər necə də qəhrəmanlıqla döyüşürlər!" Lakin farslar maday döyüşçülərnin yaxınlaşmasına belə macal vermədən uzaqdan onları zərərsizləşdirərərk müdafiə olunduqları şəhərə çəkildilər. Oebares və Kir qərara aldılar ki, qadınları və uşaqları yüksək dağlarla əhatə olunmuş Pasarqad şəhərinə göndərsinlər və döyüşü növbəti gün davam etdirsinlər: " Əgər biz məğlub olsaq, o zaman hamımız öləcəyik, qalib gəlsək isə özümüzün və ölkəmizin müstəqilliyini təmin etmiş olacıyıq." Səhər açıldıqda madaylara qarşı kin və nifrətlə dolu olan fars qoşunu qalanın qapılarını açaraq madayların üstünə hücuma keçdilər; Atradat şəhərin qala divarlarını qorumaq üçün bir neçə qoca kişiylə birgə qalada qaldı. Kir və Oebares isə döyüş meydanına atıldılar. Astiaq farsları dövrəyə alaraq 100.000 döyüşçüsünü fars qoşununun arxasına keçirərək zərbə endirdi. Zərbə uğurlu alındı. Atradat yaralı halda madaylar tərəfindən ələ keçirildi. Astiaq ona dedi: "Mən səni vilayət hakimi təyin etmişdim; sən mənə belə təşəkkür etdin, sən və sənin oğlun nəyə görə belə etdiniz?" Atradat təngnəfəs halda cavab verdi: " Böyük hökmdar, mən bilmirəm tanrılar mənim ovladıma bu çılğınlığı niyə bəxş ediblər, mənə cəza vermə, oonsuzda mən tezliklə öləcəm." Astiaqın ona yazığı gəldi və dedi: "Mən sənə cəza verməyəcəm, bilirəm ki, əgər sənin oğlun, sənn məsləhətinə qulaq assa belə şeylər etməzdi." Atradat vəfat etdi və Astiaq onu təntənəli şəkildə dəfn etdi."
— Dəməşqli Nikolay
Nəticə
Döyüşün birinci günündə farsları narahat edən bir hadisə baş verir. Astiaq ordunun istirahət edən hissəsini, eləcə də onun mühafizəsi ilə məşğul olan hissəsini süvari kimi döyüşə cəlb edir. Yenə də farslar həmin gün qələbə qazanırlar. Döyüşün ikinci günündə Kir artıq döyüşü bitmiş hesab edirdi. Astiaqın ordusunun böyük bir hissəsi Kambiz və bir neçə qoca tərəfindən müdafiə olunan qalanı mühasirəyə aldığı vaxt, hərəkətə keçən Kir, arxadan maday ordusunun süvarilərinə hücuma keçərək, onların xeyli hissəsini məhv edir. Astiaq döyüşü davam etdirmək məqsədiylə şəhərə daxil olur və orda yalnız I Kambizi tapır və Kambiz də bir neçə gün sonra vəfat edir. Astiaq heç bir qarnizon tapmadığı həmin şəhəri tərk edərək farsların ardınca cənuba doğru üz tutur. Bu döyüş madaylara böyük psixi zərbə olur. Birinci döyüş olan Hirbə döyüşündə açıq üstünlüklə farsların qələb qazanmasından sonra, ikinci qarşılaşmada da farslar taktiki qələbə əldə etişdilər. Döyüşdən sonra hər iki ordu öz düşərgəsinə çəkilərək növbəti döyüşə hazırlaşmağa başlayır. Bir il keçdikdən sonra, hər iki tərəf Astiaqın çoxdan tutmağı arzuladığı farsların paytaxtında qarşılaşmalı idilər.

"Kir və Oebares Persia sərhəddindəki uğurlu döyüşdən sonra Pasarqadı müdafiə etməyə hazırlaşırdılar."
— Dəməşqli Nikolay


Tarix: 28.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Midiya