beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fraort

Fraort – Deyokun oğlu, Midiyanın ikinci hökmdarı.

Fraort atası Deyokun hökmranlığını davam etdirərək, madaylara başqasının rəhbərlik etməsinə izn vermədən, farslara qarşı yürüşə keçmişdi. Farslar məğlub olaraq, madaylara tabe edilirlər. Fraort farslar və madaylar üzərində hakimiyyətini bərqərar etdikdən sonra, Asiyanın digər ərazilərini də özünə tabe etməyə başladı. Nəhayət o, assurların üzərinə hücuma keçdi, lakin məğlub oldu. Onun ordusu pərən-pərən oldu. Özü isə təxminən e.ə. 625-ci ildə öldürüldü.


Tarix: 27.01.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Midiya