beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Persia sərhəddində döyüş

Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır.

Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs edən tarixçilərin əksəriyyəti bu döyüş haqqında da informasiya vermişlər. Lakin Herodot Persia sərhəddində baş vermiş bu döyüşdən bəhs etməmişdir. Əksər tarixçilər bir cəhətə diqqəti çəkirlər ki, Herodot madaylar və farslar arasında baş vermiş yalnız iki döyüş – birinci və sonuncu döyüşlərdən bəhs etmişdir. Bu döyüş iki qonşunun sərhəddində baş verən ilk böyük döyüş idi. Kir maday ordusunu geri çəkilməyə və qaçmağa məcbur etdi. Beləcə döyüş başa çatdı və Kir Astiaq üzərində qəti qələbə qazanmadan mübarizəni davam etdirdi. Növbəti döyüş isə farsların axırıncı müqaviməti oldu və qələbə ilə yekunlaşan son döyüş müharibənin farsların qələbəsi ilə bitməsi və Midiya dövlətinin süqutu ilə nəticələndi.


Tarix: 28.01.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Midiya