beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya mədəniyyəti

Midiyanın özünəməxsus mədəniyyəti olmuşdur. Sonradan madaylar digər Azərbaycan tayfaları ilə etnokonsolidasiya olunduğundan onların mədəniyyəti də Azərbaycan ərazisindəki digər türk tayfalarının mədəniyyəti ilə qarışmış və vahid Azərbaycan mədəniyyətini formalaşdırmışdır.

Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti Azərbaycanın hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş‏, Yaxın Şərqin mədəni və dini mərkəzinə çevrilmi‏di. Strabon yazırdı ki, madaylar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmdarlıq adətlərinin baniləridir. Şübhəsizdir ki, Mada dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyi‏şikliklər zamanı olmuşdur. İran və Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük idi.

Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini görüşləri bir çox qon‏şu xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inki‏şaf edirdi. İrandilli tayfalar bu əraziyə gəlişləri zamanı sözsüz ki, öz mədəniyyətlərini də gətirmiş‏dilər. Lakin onlar mədəni inki‏şaf cəhətdən yerli türk tayfalar – madaylar və digərlərindən aşağı olduqlarından o qədər də böyük təsir göstərə bilməmi‏ş, əksinə özləri madaylardan bir çox mədəni keyfiyyətləri mənimsəmiş‏dilər. Onlar aborigenlərdən bir çox cəhətləri, xüsusilə erkən Mada geyimini əxz etdilər. Bizə A‏‏ssur relyeflərindən məlum olan həmin geyim lulubilərin geyimi əsasnda yaranmışdı. Mada parçaları haqqında da bunları demək lazımdır. Düzdür, sonralar madalılarda ba‏qşa geyim meydana gəldi; madaylar sonralar Persepol relyeflərində həmin geyimlə əks olunmu‏şlar. Görünür, əski geyim yalnız Azərbaycanın Xəzərsahili ərazilərində ya‏şayan kaspilərdə qalmışdı. Mada parçaları və geyimi bütün qədim dünya miqyasında məşhurlaşmışdı. Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada parçalarında at-xoruz, keçi-maral və ba‏qa fantastik heyvanlar təsvir edilirdi. Mada xlamidaları (bürüncəkləri) bütün Yaxın Şərqdə geniş‏ yayılmışdı.

Madayların maddi mədəniyyəti haqqnda Mada qalalarının əks olunduğu Ass‏‏ur təsvirləri, Mada paytaxtı Ekbatan zonasında, Baba-Cantəpədə və Nu‏şi-Cantəpədə arxeoloji qazıntılar nəticəsində əldə olunmu‏ş dəlillər əsasında mühakimə yürütmək mümkün olmu‏şdur.

Mada mədəniyyətinin daha erkən abidələri Luristanda, mə‏hur "Luristan tuncları" zonasıda a‏şkara çıxarılmışdır. Mövzularının bir qismi a‏şkar ş‏əkildə Avesta mən‏şəli olan Luristan tuncları əsil Mada mədəniyyəti və incəsənətinin meydana gəlməsi və inki‏şafıda müstəsna dərəcədə mühüm rol oynamışdır.

Yazı
Midiya şəhərlərində arxeoloji qazıntılar aparılmadığından, Midiyanın yazılı abidələri hələ əldə edilməmişdir. Midiya Persia sərhəddində tapılmış I Daranın qaya üstündəki yazılarında da qədim Persia və Elam mətnləri olduğu halda, Midiya yazıları yoxdur. Bu çatışmazlıq mütəxəssislər tərəfindən onunla izah edilir ki, madaylar həm elam, həm də fars dilini bilirdilər.

Tədqiqatçılar güman edirlər ki, e.ə. VII əsrdən mərkəzi və şərqi Midiyada mixi xətli yazılardan istifadə edimişdir. Assur yazılarına əsasən müəyyən edilmişdir ki, e.ə. VIII əsrin sonlarında Manna hökmdarları da mixi xətli yazılardan istifadə etmişlər. Bu zaman Midiyada heroqlif yazıları da işlədilirdi. Ziviyədən tapılmışgümüş sininin üstündəki yazılar bunu sübut edir. Müəyyən edilmişdir ki, qədim parslar (farslar) öz mixi xəttli yazılarını madaylardan almışlar.


Tarix: 27.01.2015 / 19:38 Müəllif: Feriska Baxılıb: 115 Bölmə: Midiya