Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aryenis

Aryenis – Herodota görə Lidiya hökmdarı II Aliattın qızı və hökmdar Kroesusun bacısı.

Aryenis daha çox Midiya şahbanusu, hökmdar Astiaqın arvadı kimi tanınmış, II Kirin anası Mandananın (və ya ola bilsin Amitisin) anası olmuşdur. O, həmçinin I Kambizin qayınanası, II Kirin nənəsi olmuşdur.

Aryenis Kiaksar və II Aliatt arasında Halis döyüşündən sonra bağlanan müqaviləyə uyğun olaraq Midiya hökmdarının oğlu Astiaqa ərə verilmişdir. Herodot onu Mandananın (I Kambizin arvadı) anası kimi qeyd edir, lakin onun Mandananın ondan əvvəl doğulması haqqında müəyyən spekulyasiyalar da var.


Tarix: 27.01.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Midiya
loading...