beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Madiy

Madiy – (yunan: Μαδύης) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur.

Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir.

Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər. E.ə. 661-ci ildə skiflər Ninevanın tutulmasında və Assur dövlətinin süqutunda iştirak etdilər. E.ə. 610-cu ildə skiflər babillərlə birgə, Assur hökmdarlarnın sonuncu dayağı olan Harran şəhərini ələ keçirdilər. Bundan sonra sonuncu Assur çarını təqib edən skiflər Şərqi Aralıq dənizi sahillərinə Suriya və Fələstinə basqın etdilər. Burdan Misirə gələn skiflər firon I Psammetix tərəfindən yola gətirildi. Geri dönərkən isə onlar Askalon şəhərindəki zəngin məbədi qarət etdilər.

Herodot madayların sözləriylə skiflərin Midiyada ağalığını belə şərh edir:

"İyirmi səkkiz il ərzində skiflər Asiyada hökmranlıq etdilər və həin dövr ərzində öz kobud hərəkətləri ilə nifrət qazanaraq tutduqları əraziləri tərk edərək Arazdan Şimala – Skif çarlığı ərazisinə geri çəkildilər. Geri çəkilərkən isə onlar yerli əhalinin var-yoxunu talayaraq ölkəni kasıb vəziyyətə saldılar."
— Herodot, I, 103


Tarix: 27.01.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Midiya