Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

MidiyaPersia sərhəddində döyüş - Döyüş və Nəticə

Döyüş[redaktə]
"Beləcə döyüş başladı. Astiaq 20.000 cangüdənin mühafizəsi altında döyüşü seyr edirdi: fars ordusunun sağ cinahına Atradat (Herodot adı Mitridat olaraq qeyd edir. Dəməşqli Nikolay öz qeydlərində II Kirin atası I Kambizi səhvən Atradat adlandırır), sol cinahına isə Oebares baçşılıq edirdi. Ən cəsur döyüşçülər tərəfindən əhatə olunmuş Kir isə ordunun mərkəzində qərarlaşmışdı. Farslar qəhrəmanlıqla müdafiə olunur, maday əsgərlərini məhv edirdilər. Bu zaman Astiaq öz taxtından qışqırdı: "Bu zibil yeyənlər necə də qəhrəmanlıqla döyüşürlər!" Lakin farslar maday döyüşçülərnin yaxınlaşmasına belə macal vermədən uzaqdan onları zərərsizləşdirərərk müdafiə olunduqları şəhərə çəkildilər. Oebares və Kir qərara aldılar ki, qadınları və uşaqları yüksək dağlarla əhatə olunmuş Pasarqad Ardı »

MidiyaHirbə döyüşü

Hirbə Döyüşü – madaylar və farslar arasında baş vermiş döyüş. Bu döyüş həm də Fars qiyamından sonra iki tərəf arasında baş verən ilk döyüşdür. Döyüş II Kirin yürüşü ilə başlamış və fars ordusunun şərqə doğru irəliləməsi ilə davam etmişdir. Döyüşdə qazanılan qələbə ilk fars dövləti olan Əhəmənilər imperiyasının yaradılmasının təməlini qoydu və qarşıdakı on ildə II Kirin bütün məlum dünyanı fəth etməsi üçün imkan yaratdı. Döyüş haqqında ən çox və ətraflı məlumat verən tarixçi Dəməşqli Nikolay olsa da, digər tarixçilər, Herodot, Ktesi və Strabon da bu döyüşdən bəhs etmişlər.

Döyüş madaylara o qədər pis təsir edir ki, Astiaq şəxsən orduya rəhbərlik etməyə Ardı »

MidiyaArtember - Ümumi

Artember – Midiya zadəganlarından biri olmuşdur, hansı ki, oğlu on yaşlı Kir tərəfindən təhqir edilmişdi. Dəməşqli Nikolayın verdiyi məlumata görə, daha sonra o, Kiri məhkəməyə köməkçi kimi işə götürmüşdü. Herodot yazır:

"Oğlan (Kir) on yaşında olanda, onun özünü tanımasında və qavramasında təsirli olmuş təsadüfi bir hadisə baş verir. O, bir gün yaşadğı kənddə, ətrafındakı ceyranlarla oynayırdı və eyni zamanda orada onunla həmyaşıd uşaqlar da vardı. Digər uşaqlar gələcəkdə hökmdar olacağı söylənən, vilayət rəhbərinin oğlundan seçilirdi. O, oğlanlara əmrlər verməyə başladı ki, bəzisi onun evinə qulluq etsin, bəzisi onu və evini qorusun, digərləri isə katibliklə məşğul olsun. Oğlanların arasında Kirin ona etməyi əmr Ardı »

MidiyaAstiaq - Hakimiyyəti

Astiaq – (Herodotda Ἀστυάγης – Astiaqes, Ktesidə Astyigas, Diodorda Aspadas, Akkad dilli mənbələrdə Ištumegu, fars dilli mənbələrdə Ištovigu) – Midiya dövlətinin e.ə. 585 – 550-ci illərdə hakimiyyətdə olmuş sonuncu hökmdarı, Kiaksarın oğlu. O, e.ə. 550-ci ildə fars şahzadəsi, nəvəsi olan II Kir tərəfindən devrilmiş və bununla da Midiya dövlətinin varlığına son qoyulmuşdur. Prof. Q. Qeybullayev Astiaqı "türklərin tarixində qara səhifə açmış" hökmdarlardan sayır. Hakimiyyəti[redaktə]
Astiaq 585–ci ildə Midiya və Lidiya arasında beş illik müharibənin sonu olan Pteria döyüşündən [Mənbə göstərin] sonra hakimiyyətdə atasını əvəz etmişdir. Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə bigə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Ardı »

MidiyaFars qiyamı

Fars Qiyamı – Midiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar Midiya və Assuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular.

Madaylar və farslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən Ardı »

MidiyaMidiya Hökmdar sülaləsi - Tarixi

Manna ilə münasibətlər
E.ə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflər və madalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi. Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində bu ittifaq dağıldı. Partatua başda olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir qismi Assur hökmdarı Asarxaddona mannalara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini davam etdirdi. Aşşur hökmdarı "Mannalılar ölkəsi əhalisini pərən-pərən saldım..., mannalıları xilas etməmiş skif, (onların) müttəfiqi İşpakanın qoşunlarını silahla qırdım" – deyə öyünürdü.

Artıq Aşşurbanipalın hakimiyyəti dövründə Ardı »

MidiyaHarpaq

Həyatı[redaktə]
Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.

Astiaqa Kirin ordu toplamasıyla bağlı xəbər çatarkən, o, əsas sərkərdəsi Harpaqı yanına çağıraraq ona, ordunu Kirə qarşı döyüşə hazırlamağı əmr etdi. Lakin, Pasarqad döyüşündə Harpaq oğlunun öldürülməsinə görə Astiaqdan qisas almaq üçün II Kirin tərəfinə keçir və beləliklə də Midiya ordusu farslara məğlub oldu.

Mif[redaktə]
Herodot Harpaqın Midiyadan üz döndərməsini Fiestin təsiri ilə verilmiş hannibal ziyafətlə əlaqələndirir. O, bildirir ki, Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini Ardı »

MidiyaPrototi

Prototi — skif sərkərdəsi, İşquz hökmdarı. Heredotun məlumatına görə Mannada yaşayan skiflərin başçısı olan Prototi e.ə. VII əsrdə Midiyaya hücum etmişdir. Aşşur mixi yazılarında Partatua kimi adı çəkilir. Prototi Midiyaya hücum zamanı Assuriyanın müttəfiqi olmuşdur. Ardı »