beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fars qiyamı

Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.

Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu öyrəndikdən sonra, heç bir reaksiya verməyərək sakitcə oğlunun qalıqlarını masalardan toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini necə həll etmək haqqında məsləhətləşməyə başladı. Onlar, dağda yoldaşları ilə oyun oynayarkən tapılan uşağın kəhanəti gerçəkləşdirərək onun hakimiyyətini əlindən ala biləcəyini, ona görə də saraydan uzaqda saxlanması gərəkdiyini söylədilər. Onların məsləhəti ilə, Astiaq uşağı valideyinləri I Kambiz və Mandananın yanına, Anşana (xarablıqları Şiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi.

Kir e.ə. 559–cu ildə hakimiyyətdə öz atasnı əvəz edir və e.ə. 553-cü ildə çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babaı Midiya hökmdar Astiaqa qarşı üsyan qaldırır. Tərəflər arasında irili xırdalı bir neçə döyüş baş verir. Farslar və madaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir. Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır və onu təhqir edir.

Farsların hakimiyyəti altında
E.ə. 553–cü ildə Persia hakimi II Kir babası Midiya padşahı Astiaqa qarşı çıxaraq e.ə. 550–ci ildə ona qalib gəlir və hakimiyyəti ələ keçirir. Kirin hakimiyyəti ələ keçirməsində Astiaqın hakimiyyətdə olduğu illər ərzində buraxdığı səhvlər ucbatından Midiya zadəganlarının ondan üz döndərməsi də mühüm rol oynamışdı. Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk fars dövləti olan Əhəmənilər dövləti quruldu.

X. Xəlili yazır ki, "Madaylar siyasi hakimiyyətlərini itirsələr də, yüksək mədəni təsr gücünə, yaradıcılıq enerjisinə malik olduğundan, yad fars mədəniyyətinin təsirinə düşmədilər, əksinə, gəlmə farslara mədəniləşdirici təsir göstərdilər. Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması, Azərbaycan türklərinin ilkin təşəkkülü yad fars mədəniyyətinin, siyasi hakimiyyətnin dəf edilməsi şəraitində baş verdi. Midiya – Manna mədəniyyəti bütün komponentləri ilə fars mədəniyyəti üzərində dominantlıq göstərdi."

Kirin əldə etdiyi qələbədən sonra madaylar daima onlara qulluq etmiş, həmişə özlərindən aşağı səviyyədə qəbul etdikləri farslara tabe olmağa məcbur oldular. Həmin dövrdən madayların təhqir olunması, alçaldılması və talan edilməsi dövrü başladı. Kir madayların üstünə ağır vergilər qoydu. Yeni imperiyada farslar üstün mövqeyə sahib oldular. Madaylar isə birmənalı olaraq öz mövqelərini itirdilər. Orduda və şərəf düzümündə farslar madaylardan öndə durmağa başladılar, ölkədə bütün qayda – qanunlar farsların adət-ənənəsinə uyğunlaşdırıldı, hətta müqəddəs kitab olan Avestaya da dəyişiklər edildi.
Bütün bunlara dözmək istəməyən madaylar, müxtəlif sərkərdə və qəhrəmanların rəhbərliyi ilə dəfələrlə azadlıq hərəkatına başlasalar da hər dəfə fars ordusu tərəfindən məğlub edilmiş, Herodotun "ləyaqətli insanlar" deyə tərif etdiyi mərd madaylar qul halına salınmışdır. İlk qiyam elə II Kirin hakimiyyəti zamanı baş vermiş, Kiaksar adlı madalı sərkərdə Midiya dövlətini bərpa etməyə cəhd göstərmişdi. Lakin o, fars sərkərdələri tərəfindən məğlub edilmiş və Ekbatan şəhəri yenidən işğal edilmişdir. Qısa zaman ərzində baş vermiş ikinci qiyam e.ə. 409-cu ildə, II Daranın hakimiyyəti zamanı baş vermişdir. Lakin Azərbaycanda Əhəmənilərə qarşı davamlı və ən uzun müddətdə mübarizə aparan Xəzər dənizi sahilində yaşamış kadusilər olmuşlar. Demək olar ki, əksər Əhəməni hökmdarları onların üsyanlarını yatırmaq üçün Azərbaycana – Kür və Araz çayları sahili ərazisi və Xəzər sahili ərazilərə yürüşlər təşkil etmişlər. Kadusilərin üsyanına digər yerli tayfalar, xüsusilə onlarla qonşuluqda yaşayan türk mənşəli kaspilər böyük dəstək vermişlər.

Fars hakimiyyəti altına keçdikdən sonra, Midiya iki hissəyə – satrapa bölündü: madayların ana vətəni olan Kiçik Midiya (Azərbaycan) və Midiya dövlətinə tabe olmuş digər əraziləri əhatə edən Böyük Midiya, I Daranın hakimiyyəti dövründə Böyük Midiya XI satrap, Kiçik Midiya isə Zaqroş ətrafı ərazilər, Alardlar və Saspirlərin torpağı, eyni zamanda Armenia vilayəti ilə birgə VIII satraplıq adlandırıldı.

Əhəmənilər imperiyasının çöküşü ərəfəsində kadussilər və digər dağlı tayfalar öz müstəqilliklərini elan etdilər, Ermənistan isə ayrıca satraplıq elan olundu. Lakin bu dövrdə Assuriya Kiçik Midiya ilə bir satraplıqda birləşdirildi. Bu səbəbdən də Ksenofon Anabasis əsərində Assuriya ərazisini də Midiya adıyla yad edir.

Beləliklə Maday dövlətinin xarabalıqları üzərində tarixdə ilk fars dövləti olan Əhəmənilər dövləti quruldu.


Tarix: 27.01.2015 / 19:32 Müəllif: Feriska Baxılıb: 331 Bölmə: Midiya