beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Persia sərhəddində döyüş - Ərəfə

Kir Persianı Astiaqın yürüşündən qorumaq üçün bütün hərbi gücünü Persianın sərhəddində cəmləşdirmişdi. Hirbə döyüşündən sonra Astiaq 1.205.000 nəfərlik ordu ilə Persiaya yürüşə hazırlaşırdı. Döyüş hər iki tərəfin süvari qüvvələrinin toqquşması ilə başlasa da döyüşdə ən çox döyüş arabalarından istifadə edilmiş və bu döyüş tarixdə bu döyüşə qədər ən çox döyüş arabasının istifadə olunduğu döyüş olmuşdur. Midiyalılar döyüşə hərbi güclərinin çox az bir hissəsini sərf etsələr də, farslar var qüvvələri ilə bu döyüşə hazırlaşmışdılar. II Kir və onun atası I Kambizin qoruduğu şəhərin adı verilməmişdir. Hər halda şəhər vacib, güclü qorunan, sərhəd şəhəri idi. Astiaq şəhərə hücum edəcəyi halda, şəhər əhalisi öz doğmalarını şəhərdən çıxarçağa hazır idi. Bu arada Kir və Kambiz ordu toplamaqla məşğul idilər, lakin onlar bilmirdilər ki, onların qarşısına çıxarılacaq ordunun komandanı Harpaq, yoxsa vaxtilə Kirə Ekbatandan çıxmağa kömək etmiş və əslində II Kirin məsləhətçisi olan Oebares olacaq.

"Kir farsları cəsarətləndirir, Oebares isə dağları, çətin keçilən yolları keçərək irəliləyir, ətrafına çoxlu döyüşçülər toplayır, əhalini isə yaxşı müdafiə olunan şəhər qalalarda cəmləşdirirdi. Astiaq isə tərk edilmiş şəhərləri yandırır, Atradat və Kiri razlığa gəlməyə çağırır, onların keşmiş dilənçi həyatına və əsilzadə olmayan, daima madayların qulluqçusu olmuş nəsillərinə lağ edirdi. Kir isə cavab verirdi ki, Astiaq tanrıların yazdığı, farsların, keçi sürüsünü xatırladan madaylar üzərində qələbə qazanması taleyi ilə razılaşmaq istəmir. Kir bildirir ki, o madaylara şəfqət göstərərək geriyə Midiyaya (Azərbaycana) dönmələrinə icazə verə bilər, lakin madaylar da əvəzində onlardan daha üstün olan farsların və Persianın müstəqilliyini tanısınlar."


Tarix: 28.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Midiya