beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərləməyə qarşı ən effektiv yol

Gün ərzində işimizlə əlaqədar müxtəlif yerlərdə olur, durmadan hərəkət edirik. Bu isə orqanizmdə tər ifraz edən hüceyrələrin aktivliyini artırır. Mütəxəssislər belə hesab edirlər ki, tərindən pis qoxu gələn insanlar malariya xəstəliyindən xüsusilə ehtiyyatlı olmalıdırlar. Yay aylarında mümkün olduğu qədər tünd çay, kofe, şirin məmulatlar və şokoladdan uzaq durmalıdırlar. Çünki adıçəkilən məhsullar tər ifrazını artırır.
Bu gün apteklərdə tər qoxusunun qarşısını almaq üçün ən müxtəlif vasitələr satılır. Həkimlər bu vasitələrdən yuyunduqdan sonra tam qurulanıb sonra istifadə etməyi məsləhət görürlər. Onların fikrincə, tərlədikdən sonra istifadə edilən bu məhsullar heç də effektiv nəticə vermir. Həddən artıq tərləyən insanlara isə həkimlər müntəzəm olaraq ev şəraitində hazırlanan təbii vasitələrdən istifadə etməyi məsləhət görürlər.
Mütəxəssislərə görə, cökə, kəndalaş, gülxətmi, çobanyastığı çiçəklərindən, qoz yarpağından və ağ söyüd qabığından hazırlanan müxtəlif tərkiblər tərləməyə qarşı effektiv təsir göstərir.
Ev şəraitində tərləməyə qarşı hazırlanan vasitələrdən ən sadəsi qara çaydır. Belə ki, qara çayı dəmləyib onun suyu ilə gecələr əsas tər ifaz edən hissələri silmək effektiv nəticə verir. Bundan əlavə hər gün tərləyən nahiyələri yatmazdan əvvəl araqla da silmək olar.
Eyni zamanda 6 xörək qaşığı quru çobanyastığı çiçəklərinin üzərinə 2 litr qaynar su əlavə edib bir saat müddətində dəmə qoya və axşam yatmazdan öncə tər bölgələrini onunla silə bilərik.
Həkimlərin sözlərinə görə, insanlarda ovuc içinin həddən artıq tərləməsi ürək zəifliyindən xəbər verir. Bunun qarşısını almaq üçün ürəyin müalicə edilməsi mütləqdir. Lakin əgər müayinədən sonra bunun ürəklə heç bir əlaqəsi olmadığı ortaya çıxırsa, o zaman ovucun tərləməsinin qarşısını almaq üçün ən sadə üsul kimi onun şalfey yarpağı və ya yaşıl çayın dəmi ilə silinməsi məsləhət görülür. Bundan əlavə həm də müalicə vasitəsi kimi aşağıdakı üsuldan da istifadə edə bilərsiniz.
Beş çay qaşığı arağı bir qaşıq limon suyu ilə qarışdırın. Əllərinizi yuyub təmiz quruladıqdan sonra bu məhlulla silin.
Bu qədər,əziz kişilər. Ümid edirik ki, bu müalicə üsullarından istifadə etdikdən sonra tərləmək, tər qoxusu kimi problemlər sizi narahat etməyəcək.


Tarix: 07.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Metroseksual