beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam dəridə gənc ruh olar

“Səncə, mənim neçə yaşım var?”. Qarşımızdakı insana bu sualı verərkən hər birimiz yaşımızdan kiçik cavab eşitmək istəyirik. Bəs bu cavabı eşitmək üçün nə qədər çalışırırq? Yəni, gənc görünmək üçün özümüzə nə dərcədə qulluq edirik?
Yaşımızın əsas göstəricilərindən biri də dərimizdir. Bizim haqqımızda heç bir məlumatı olmayan insan dərimizin quruluşuna diqqət yetirərək hansı yaş qrupuna aid olduğumuzu müəyyənləşdirə bilər. Bu zaman onları yanıltmaq isə öz əlimizdədir. Elə buna görə də, əziz kişi oxucularımız, indi sizə yaşımızdan daha gənc görünmək üçün etməli olduqlarımız barəsində bəzi məsləhətlər vermək istəyirik.
Qadınlar müxtəlif vasitələrlə günəş işığından qorunmağa çalışırlar, biz kişilər isə bu məsələyə o qədər də diqqət yetirmirik. Bəlkə də bunun səbəbi günəş şüasının cildimiz üçün nə qədər təhlükəli olduğundan xəbərsiz olmağımızdır. Elə isə oxuyun və xəbərdar olun. İsti havada çöldə heç bir günəşdən qoruyucu vasitə olmadan gəzirsinizsə, deməli, siz erkən qocalıq üçün şans yaradırsınız. Belə davam etdiyiniz halda tez zamanda dərinizdə qırışıqlar əmələ gələcək, o təravətini itirəcək və rəngini dəyişməyə başlayacaq. Əgər dərinizi günəş işığından qorumaq istəyirsinizsə, yaxşı olar ki, yayda eynək və papaqdan istifadə edəsiniz. Eyni zamanda onun formasına, quruluşuna uyğun günəş kremləri istifadə etməyiniz də məsləhətdir.
Yaşınızdan daha gənc görünmək istəyirsinizsə, bilməlisiniz ki, qəbul etdiyiniz hər növ qida orqanizminizə təsir etdiyi kimi dərinizdə də öz təsirini göstərir. Hər cür zərərli vərdişiniz sağlamlığınıza zərbə vurmaqla yanaşı, xarici görünüşünüzdə də özünü biruzə verir. Siqaret çəkən insanların dərisinin rənginə diqqət edin. Çox vaxt sarı, boz rəngdə olur. Eyni zamanda, bu insanların dərisi qırışlara qarşı daha həssas olur və onların cildində yaranan qırışların mənbəyi daha dərində yerləşir. Buna görə də əksər hallarda müxtəlif kimyəvi vasitələrlə cildlərindəki bu qırışları gizlətməyə çalışsalar da, məqsədlərinə nail ola bilmirlər. Bu insanlarda əsasən 30 yaşında göz və dodaq ərtafında qırışlar yaranır.
Zərərli vərdişlərdən biri də spirtli içkilərdir. Az miqdarda qəbul edildikdə insan orqanizminə müsbət təsir edən spirtli vasitələr həddindən artıq istifadə edildikdə insan səhhəttinə mənfi təsir göstərir. Bu zaman dəri nəmliyini və elastikliyini itirir.
Dəriyə mənfi təsir göstərən amillərdən biri də tərkibində müxtəlif kimyəvi birləşmələr olan sabunlardır. Üzünüzü sabunla yuduğunuz halda cildinizdəki nəmlik, yağlılıq yavaş-yavaş azalmağa başlayır. Belə olan halda isə dəriniz quruyur, qabıq verir və çatlar əmələ gəlir. Bu vasitələrdən istifadə hətta dərinin soyulmasına, onun quruluşunun zədədlənməsinə də səbəb ola bilər. Buna görə də daha yaxşı olar ki, dərinizin sağlamlığı üçün təbii vasitələrdən və ya bitki tərkibli kremlərdən istifadə edəsiniz. Belə vasitələr eyni zamanda sizdən aslı olmayaraq düşüdüyünüz istənilən zərərli mühitdə də (siqaret çəkilən klublarda, yanğın zamanı, küləkli hava şəraitində və.s ) dərinizi əlavə təsirlərdən qoruyacaq.
Unutmayın ki, baxımlı olmaq yalnız qadınlar üçün vacib deyil. Biz də görünüşümüzün, sağlamlığımızın qayğısına qalmalıyıq ki, onlarla ayaqlaşa bilək.


Tarix: 07.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Metroseksual